Cümə axşamı, 09 May

Azərbaycan Dövlət Neft və Sənaye Universitetini

image

Dünən intihar edən 20 yaşlı tələbə haqqında rəsmi açıqlama verilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov danışarkən Adıyeva Xədicənin çalışqan tələbə olduğunu bildirib.

Onun sözlərinə görə, intihar edən qız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexantronika və robot mexanika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi olub:

"20 yaşlı  Adıyeva Xədicə Yaşar qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib. Həmin 3-cü kurs 1-ci kursdan onlayn təhsilə keçdiyi üçün tələbəni daha yaxından tanımırdıq, ancaq  tanıyan bir-iki müəllimi haqqında müsbət fikirlər söyləyirlər. Aldığı qiymətlərə baxsaq, çalışqan tələbə olub. Bu gün ailəsi ilə əlaqə saxladıq, acıları təzə olduğu üçün çox danışmadılar. Nə üçün intihar etdiyini isə hələlik bilmədiklərini dedilər".

 Ailə üzvləri universitet rəsmisilə danışarkən, son bir ayda Xədicənin özünə qapandığını, depressiyada olduğunu bildiriblər.

Qeyd edək ki, hadisə paytaxtın  Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32