Cümə, 10 May

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələnin Azərbaycana təsiri var? - AÇIQLAMA

image

“Ötən gün axşam saatlarında Gürcüstan ərazisində 22:25-də maqnitudası 5,9 olan zəlzələ baş verib. Zəlzələ Gürcüstan-Ermənistan sərhədində yaxın ərazidə qeydə alınıb”. 

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Cavaxeti bölgəsində baş verən zəlzələ güclü olub, narahatlığa heç bir əsas yoxdur:

“10 km dərinliyində olan zəlzələ hiss oluna bilən idi. Zəlzələ Azərbaycanın qərb rayonlarında da hiss olundu. Zəlzələ Qazax, Gəncə, Ağstafa və Gədəbəy rayonlarında 3-4 bal gücündə hiss edilib”.

“Cənubi Qafqaz seysmik bölgədir. Seysmik bölgələrdə isə zəlzələlər olur. Konkret olaraq Azərbaycanda belə zəlzələ olub-olmayacağına gəlincə isə buna heç kim proqnoz verə bilməz”, - deyə o qeyd edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32