Cümə, 26 Aprel

Türkiyə ilə o ölkənin arasında qapılar açılır - Ərdoğanın səfəri...

image

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri gözlənilir.

Xəbər verilir ki, bu barədə ölkənin yerli saytları məlumat yayıb.

Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ötən il noyabrın 24-də paytaxt Ankaraya səfərindən sonra prezident Ərdoğan cavab səfəri edəcək.

Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə səfərinin Türkiyənin bu ölkə və bölgə ilə ticarət həcmini artırması və yeni investisiyalar üçün fürsət yaratması gözlənilir. Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışını edəcəyi və iş adamları ilə görüşəcəyi də planlaşdırılır. Bundan əlavə, iki ölkə arasında 24 noyabr 2021-ci ildə başlayan investisiya prosesindən sonra yeni müqavilələrin imzalanması nəzərdə tutulur.

Türkiyə Statistika Təşkilatının məlumatına görə, Türkiyə ilə BƏƏ arasında ticarət həcmi keçən il 2020-ci ilə nisbətən təxminən 9 faiz azalaraq 7,5 milyard dollar təşkil edib. Sözügedən dövrdə Türkiyənin BƏƏ-yə ixracatı 91 faiz artaraq təxminən 5,2 milyard dollara çatıb, bu ölkədən idxal isə 58 faiz azalaraq 2,4 milyard dollar olub.

Son 10 ildə ən yüksək ikitərəfli ticarət həcmi 2017-ci ildə 14,7 milyard dollarla reallaşıb.

Keçən il həm ixracda, həm də idxalda önə çıxan bölmə qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar, mirvarilər, imitasiya zərgərlik məmulatları, metal sikkələr olub. Sözügedən dövrdə BƏƏ-yə 3,1 milyard dollarlıq məhsul satılıb, 1,7 milyard dollarlıq məhsul isə alınıb.

Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-BƏƏ İş Şurasının sədri Tevfik Öz səfərin iki ölkənin iqtisadi əlaqələrinə verdiyi töhfəni yüksək qiymətləndirib: “Uzun müddətdir davam edən ticarət durğunluğu yerini kommersiya fəaliyyətlərinin sürət qazandığı, qarşılıqlı sərmayə və ticarətin canlandığı yeni bir dövrlə əvəzləyir. Türkiyənin BƏƏ-yə ixracatda istifadə edilməmiş potensialı 1,8 milyard dollar səviyyəsindədir”.

O həmçinin qeyd edib ki, mövcud əlaqələrin gücləndirilməsi Türkiyənin özəl sektoru üçün yeni imkanlar yaradacaq: “Prezident Ərdoğanın BƏƏ-yə səfəri son dövrdə iki ölkə arasında siyasi, iqtisadi və ticari əlaqələrdə qazanılan müsbət impulsu daha da sürətləndirəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33