Çərşənbə, 08 May

Bakıda təcili yardım avtomobili qəzaya düşüb: Yaralanan var - YENİLƏNİB

image

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxs maşının sürücü olub.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirilib ki, yaralının vəziyyəti yaxşıdır:

“Sözügedən qəza ilə bağlı mərkəzə bir nəfər, təcili yardımın sürücüsü gətirilib. Həkim müayinəsi zamanı onun bazu sümüyünün sınığı və baş nahiyəsindən yüngül xəsarət aldığı məlum olub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

13:39

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb. 

Xəbər verilir ki, ilkin məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olmayıb. Təcili yardımın sürücü, 1971-ci il təvəllüdlü şəxs xəsarət alıb. 

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb:

“Hadisə nəticəsində ölən olmayıb. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56