Şənbə, 27 Aprel

Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - ŞOK DETALLAR - YENİLƏNİB

image

Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev və ona yaxın olan bir qrup rəhbər şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, eləcə də alim və işçi heyətin onların təzyiq və böhtanlarına məruz qalması barədə məlumatlar daxil olub.

Xəbər verilir ki, Ramiz Mehdiyevin “sağ əli” kimi tanınan, Rəyasət Heyətində Katibliyin rəisi Eldar Əmirovun tapşırığı ilə Akademiyada rəhbər vəzifədə çalışan şəxslər barədə nüfuzdan salan materiallar toplanılır, ən yaxşı halda həmin şəxslərin işdən çıxarılacağı qeyd edilərək onlardan müxtəlif adlar altında rüşvət alınır. Yuxarıda qeyd olunan qanunsuz tapşırıqlar birbaşa E.Əmirovun rəhbərliyi ilə yaradılmış “qrup” tərəfindən həyata keçirilir.

O, Akademiya daxilində “şəbəkə” yaratmaq məqsədilə çıxarılan şəxslərin yerinə və institut direktorlarının yanına “yaxın adamları”nın təyin edilməsinə, hər bir formal struktur islahatı adı altında əsassız olaraq idarə və şöbələrin ləğvinə, savadlı elm işçilərinin işdən çıxarılmasına nail olur.

https://azadsoz.com/M0/1/2022/02/images/20220211_125929_1644569969_13d7d9a92b.jpg

E.Əmirov faktiki olaraq AMEA-nı idarə edir. O, AMEA-nın möhürünü özündə saxlayır və məqsədəmüvafiq saydığı sənədlərin rəsmiləşdirilməsini aparır. Bundan əlavə, E.Əmirov Ramiz Mehdiyevə mütəmadi olaraq yanlış məlumatlar verərək onu istiqamətləndirməyi bacarır. O, böhtan və qarayaxma hesabına savadlı və peşəkar kadrları işdən kənarlaşdırır, öz istədiyi şəxsləri isə həmin vəzifəyə təyin etdirir.

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov da bu məlumata münasibətini bildirib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

“Yazılanlar tamamilə böhtandır, şərdir. Bu cür yalan məlumatlar Akademiyanın nüfuzunu ləkələməyə hesablanıb. AMEA -da kadr təyinatları Rəyasət Heyətinin qərarı ilə həyata keçirilir və AMEA prezidenti katibliyinin səlahiyyətlərinə aid deyil. Məhkəmənin qərarı olmadan kimisə hər hansı qanun pozuntusunda ittiham etmək hüquqa, əsassız fikirləri tirajlamaq isə həm mənəviyyata, həm də jurnalist etikasına ziddir. Xahiş edirik ki, yoxlanılmamış, uydurma və şər-böhtan xarakterli məlumatlarla ictimaiyyəti çaşdırmayasınız”./KONKRET.az/

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33