Şənbə, 27 Aprel

Azərbaycanın ən iri neft yatağının xərcləri AZALIB - FOTO

image

2021-ci ildə “Azəri-Çıraq-Günəşli”də 10 neft hasilatı və 4 injektor quyusu qazılıb.

Verilən məlumata əsasən, ilin sonunda “Azəri-Çıraq-Günəşli”də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Bildirilib ki, 18 sentyabr 2021-ci il tarixində AÇG-dən ümumi neft hasilatı 4 milyard barelə çatıb.

2021-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 533 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 660 milyon dollar əsaslı məsrəflər xərclənib. 2020-ci illə müqayisədə əməliyyat məsrəfləri 0,4 faiz artıb, əsaslı məsrəflər isə 8,6 faiz azalıb.

Ötən il “Azəri-Çıraq-Günəşli”dən orta hesabla gündəlik 458 000 barel, ümumilikdə isə 167 milyon barel (23 milyon ton) neft hasil olub. 2020-ci illə müqayisədə ümumi hasilat 2,5 faiz azalıb.

Müvafiq dövrdə “Çıraq” platformasından gündəlik 27 000, “Mərkəzi Azəri” platformasından 109 000, “Qərbi Azəri” platformasından 116 000, “Şərqi Azəri” platformasından 77 000, “Dərinsulu Günəşli” platformasından 86 000 və “Qərbi Çıraq” platformasından 44 000 barel neft hasil edilib.

2021-ci ildə AÇG-nin illik iş proqramı çərçivəsində ikinci rübdə “Qərbi Azəri”də və üçüncü rübdə “Çıraq” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. 

AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEKS (9,31 faiz), Ekvinor (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), “ONGC Videş Limited” (OVL) (2,31 faiz). 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36