Cümə axşamı, 09 May

Nərimanovda dönərxanada yanğın - Fotolar

image

Nərimanov rayonunda yerləşən dönərxanada yanğın başlayıb.

Xəbər verilir ki, yanğının hansı səbəbdən çıxdığı məlum deyil.

Nəticədə tüstü ətrafa yayılıb. Əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.

ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın saat 14:21-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı FHN daha bir açıqlama yayıb:

Qeyd olunub ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 80 m² sahədə fəaliyyət göstərən kafenin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı kafedə olan 3 ədəd məişət qaz balonu (hər birinin tutumu 25 litr) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.









 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32