Cümə, 26 Aprel

İşə bir neçə nəfərin köməyilə gedib-gələn rektor kimdir? - Şok kadrlar 

image

"Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov bir ildən çoxdur ki, ağır xəstədir. Rektor insult keçirib. Ancaq o, postundan əl çəkmir, ağır vəziyyətdə universitetə gəlib gedir”.

Xəbər verilir ki, bu barədə adının açıqlanmasını istəməyən məlumatlı şəxs bildirib.

Mənbənin fikrincə, belə ağır xəstə olan bir şəxsin ali təhsil müəssisəsində məsuliyyətli bir vəzifədə qalması yolverilməzdir: "Akif Süleymanov ağır xəstə olduğu üçün bir neçə şəxsin köməyi ilə inzibati binanın 2-ci mərtəbəsindəki iş otağına çətinliklə qaldırılır və 3-4 saatdan sonra həmin şəxslərin yardımı ilə düşürdülərək maşına otuzdurulub evinə yola salınır”.

Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: "Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: "Hazırda o, işinə davam edir”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33