Cümə, 10 May

Paşinyanın oğlu Cəbrayılda necə mühasirəyə düşüb?

image

44 günlük Qarabağ Müharibəsi ilə bağlı yeni detallar üzə çıxarmaqda davam edir.

Ermənistan KİV-ləri yazır ki, faktlardan biri Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır. Belə ki, 2020-ci il oktyabrın əvvəllərində Paşinyan arvadı Anna Akopyanın məsləhəti ilə piar-aksiya planlaşdırıb. Onların məqsədi oğullarını Qarabağa göndərərək döyüşlərin gedişatı fonunda bir neçə effektiv kadr çəkməkdən ibarət idi. Yerevandan aparılan çəkiliş qrupunun çəkəcəyi kadrlar cəmiyyətdə qələbə təəssüratı yaratmağa hesablanmışdı.

Aşot Paşinyanın Cəbrayıl istiqamətinə aparılması və təhlükəsiz məsafədən döyüşlərə guya qatılması təəssüratını keçmiş yüksək texnologiyalar naziri Akop Arşakyanın başçılıq etdiyi koordinasiya qrupu təşkil etməli idi.

Amma Azərbaycan Ordusunun Cəbrayılı azad etdikdən sonra sürətlə Zəngilan istiqamətində irəliləyişi bu piar-aksiyanın uğurla həyata keçirilməsinə mane olur.

Əksinə, Aşot Paşinyanın da olduğu bir qrup hərbçi ilə mühasirəyə düşür. Onların mühasirədən çıxarılması üçün həyata keçirilən əməliyyat zamanı 40-dan artıq erməni əsgəri və zabiti məhv edilir. Çətinliklə də olsa, ərazidən uzaqlaşdırılan Aşot Paşinyan təcili olaraq Gorusa aparılır.

Ermənistan ərazisinə gətirilən baş nazir oğlu Yerevana qayıdır. Aşot Paşinyanın piar-aksiyalarda iştirakı ilə bağlı plan puç olur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32