Cümə, 26 Aprel

Koçaryan prezidentliyə namizəd olmayacaq

image

Ermənistanın keçmiş Prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Koçaryan prezident vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Xəbər verilir ki, bu barədə məlumatı “Ayastan” fraksiyasından millət vəkili Aqnessa Xamonyan “5-ci kanal”ın efirində açıqlayıb.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Prezidenti 7 il müddətinə millət vəkilləri seçəcəklər. Həmçinin konstitusiyaya görə, prezident bir həftə ərzində istefasını geri götürərsə, parlament sədri bu barədə bəyanatla çıxış edəcək. Əks halda isə, Sarkisyanın istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33