Şənbə, 27 Aprel

“Prosesi biz yaratmalıyıq. Necə? Laçın dəhlizi bağlanmalıdır” 

image

“İlk növbədə bu Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlılarına olan mesajdır”.

Bu sözləri açıqlamasında ölkə başçısının verdiyi müsahibədə Laçın dəhlizi barəsində səsləndirdiyi fikirləri şərh edərkən siyasi şərhçi Natiq Miri deyib. Mütəxəssis bölgədəki rus sülhməramlı kontingentinin hərəkətlərini etirazla qaşrıalyıb:

“Əlbəttə ki, rus sülhməramlıları özbaşına bu cür davranış göstərmirlər. Bu, ən yüksək səviyyədə həyata keçirilən siyasətin tərkib hissəsi olaraq bizim qarşımıza çıxır. 

Bu baxımdan Rusiya dövlətinə verilən bir mesajdır ki, bizim hər zaman Laçın dəhlizini bağalamaq imkanımız var və bunun üçün də, əslində, həm 10 noyabr sənədinə görə, həm də bu bir 1 il müddətində üçlü format çərçivəsində imza aıtlan sənədlərin işlək olmaması ilə bağlı Azərbaycan hər zaman bunu edə bilər.

Bildiyiniz kimi, Zəngəzur dəhlizi məsələsi Laçın dəhlizinə kompensasiya olaraq düşünülüb. Yəni bir növ siyasi anlamda bərabərlik olması üçün bu məsələ razılaşdırılıb. 

Əgər bir tərəfdə dəhliz olmayacaqsa, Laçın dəhlizinin mütləq mənada rusların nəzarətində olması məcburiyyəti bizim üçün yoxdur. 

Ona görə ki, Madrid prinsipləri deyiləcək bir prinsip mövcud deyil. Azərbaycan özü 3 min şəhid verib torpağını azad edib. Bu məntiqlə də bu prinsiplər bizi hüquqi cəhətdən bağlamır”.

N.Miri əlavə edib: “Ancaq hər bir halda bu cür mesajlar Rusiyaya verilincə, düşünürəm ki, qərar qəbul edib sadəcə maşınları saxlayıb, yoxlamaq, nəzarət etmək deyil, eləcə də, sərhəddə Azərbaycanın hüquqi institutlarını bərqərar etmək lazımdır. 

Birinci növbədə sərhəd qoşunları öz sərhəd qapılarını qoymalı və gömrük sistemi fəaliyyətə başlamalıdır. Çünki Zəngəzur dəhlizi üfüqdə belə görsənmir. Ermənistanın buna razı olacağı da hiss olunmur. Belə olduğu təqdirdə bu müddət ərzində nəyə görə, Laçın dəhlizi yalnız Azərbaycanın əleyhinə işləməlidir? Hansı ki, indiyə qədər Laçın dəhlizi yalnız rusların, ermənilərin, İranın və eyni zamanda, Ermənistanın havadarlarının xeyrinə işləyir.

Mənə elə gəlir ki, artıq bu məsələyə son qoymaq lazımdır. Doğrudur, yerində verilən mesajdır, ancaq bu mesajlar yetərli deyil. Ona görə ki, Rusiya hər zaman belə məsələləri çox rahatlıqla gözardı edə bilir. 

Sizcə, Rusiya bunları bilmir? Bu, Rusiya siyasətinin tərkib hissəsi olan bir davranışıdır. Buna görə də, biz bu cür mesajlar verməklə prosesi irəliyə doğru apara bilmərik. Sadəcə olaraq prosesi biz yaratmalıyıq. Necə? Laçın dəhlizi bağlanmalıdır. Bu qədər.

Siz baxın, Rusiya, Ermənistan və digər havadar dövlətlərin davranışına. Mütləq mənada biz hər zaman proses yaratmaqla, bir addım öndə olmalıyıq. Bunun üçün hadisələri biz yaratmalıyıq, yoxsa ki, mesajlarla bu problem həll etmək mümkün deyil və olmayacaq”, - deyə mütəxəssis vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33