Cümə axşamı, 16 May

Bölgədə gərginlik: Ruslarla atışma - Ukrayna Zolotoya hücum etdi 

image

Donetskdə durum kəskin şəkildə pisləşib, atəşkəs pozulub və tərəflər buna görə bir-birini ittiham ediblər.
 
Aftafa.tv xəbər verir ki, Rusiya mediası rus xüsusi təyinatlılarının bölgədə olduğunu qeyd edib.
 
Son 24 saat ərzində təmas xəttində aktiv silahlı qarşıdurmalar yenidən başlayıb. Atəşkəsin pozulmasına görə, rəsmi Kiyev Moskvanı ittiham edib.
 
Ukrayna mediası Rusiya silahlı birləşmələrinin və xüsusi təyinatlılarının Rusiya tərəfdarı olan qanunsuz silahlı dəstələrlə birlikdə 24 saat ərzində atəşkəsi pozduğunu yazıb.
 
Mütəxəssislər 250 min hərbi personal, 12 min tank və 850 özüyeriyən motorlu silah və raket qüvvələri ilə Rusiya ordusunun ən güclü birliyi olan Qərb hərbi dairəsinin xüsusi təyinatlılarının separatçılara dəstək vermək və Ukrayna qüvvələri və təchizatını müəyyən etmək məqsədilə seçilən nöqtələri vurduğunu güman edirlər.
 

Bölgədə dəhşətli silah səslərinin eşidildiyi və bir rus tərəfdarı separatçının öldüyü də bildirilir. Yerli mənbələr qeyd edirlər ki, yaralı hərbçiyə dərhal tibbi müdaxilə edilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.
 
Kiyev Rusiya tərəfdarı olan birlikləri və “muzdlu əsgərləri” Kalinova qəsəbəsində silahlandırmağa çalışmasına görə ittiham edib. Bunun qarşılığında separatçılar Kiyevi atəşkəsi pozmaqda və artilleriya ilə onları vurmaqda günahlandırıb.
 
Bir il sonra ilk dəfə Ukrayna ordusu Zoloto bölgəsinə hücum edib. Rusiya və xarici ekspertlər bu hücumu böyük müharibə öncəsi hazırlıq kimi qiymətləndirir.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00