Cümə axşamı, 18 Aprel

Axtarış

Donetsk” üzrə 316 nəticə tapıldı

07.04.2024 - 15:20

Ukrayna kəşfiyyatı: “Rusiya yayın əvvəlində hücumlarını gücləndirəcək”

Rusiya qoşunlarının hücumu yazın sonu, yayın əvvəlində gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdur və onların Donetsk vilayətinin Çasiv Yara qədər irəliləmələri istisna olunmur. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirilo Budanov Almaniyanın ARD telekanalına müsahibəsində söyləyib. Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində, xüsusən də


04.04.2024 - 09:40

Putin Donetsk və Luqanskda obyektlərin açılışını etdi

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Donetsk, Mariupol və Luqanskda yeni sosial obyektlərin açılışını edib. Xəbər verilir ki, "yeni regionlar"ın sosial-iqtisadi inkişafı proqramında 32 idarə, 26 dövlət şirkəti, Rusiyanın 82 regionu iştirak edəcək. Məlumata görə, "yeni ərazilər"in sosial-iqtisadi inkişafı üçün 282 tədbirlər proqramı hazırlanıb, bütün mənbələrdən maliyyələşmənin ümumi həcmi 4,4 trilyon rubl təşkil edəcək. Putin Donbas


17.03.2024 - 11:31

Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür. Yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq. Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri


29.02.2024 - 19:09

Ukrayna Rusiyanın daha 2 Su-34 təyyarəsini vurdu 

Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurduğunu bildirib.  Xəbər verilir ki, bu məlumatı öz teleqram kanalında Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk yayıb.  Onun sözlərinə görə, təyyarələr Avdeyevka və Mariupol istiqamətində vurulub. Ukrayna Silahlı Qüvvələri bir gündə 3, fevralda isə 13 Rusiya təyyarəsini məhv edib.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan mü


26.02.2024 - 11:57

Rusiya-Ukrayna müharibəsi: Qan su yerinə axır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 880 hərbçisini itirib.  Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 410 700 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 37 zirehli döyüş maşını, 12 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci


22.02.2024 - 19:18

Rus ordusu Ukraynada daha bir kəndi işğal etdi 

Rusiya Silahlı Qüvvələri Ukraynanın işğal altında olan Donetsk vilayətində yerləşən Pobeda yaşayış məntəqəsini ələ keçirib.  Xəbər verilir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Xatırladaq ki, ötən həftə - fevralın 17-də Rusiya ordusu Donetsk vilayətində əhəmiyyətli yaşayış məntəqəsi sayılan Avdeyevkanı da işğal etmişdi. 


19.02.2024 - 10:07

Şoyqu Putinə daha bir rayonun nəzarətə keçdiyini məruzə etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonun nəzarətə götürüldüyünü məruzə edib. Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.


14.02.2024 - 21:06

Ukraynada azərbaycanlı hərbçi həlak oldu, bir həmyerlimizin biznesi dağıdıldı - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Xerson, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə yenidən hava hücumu olub. Həmçinin qeyd edilib ki, Donetsk və Xarkovda ağır döyüşlər gedir. “Donetsk uğrunda döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi 22 yaşlı Sabir Samir oğlu Əhmədov həlak olub”, - deyə


14.02.2024 - 14:23

“Rusiya Ukraynada münaqişənin həllinə hazırdır” - Lavrov

"Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə almaq əsasında siyasi və diplomatik yolla həllinə hazırdır".  Xəbər verilir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında bildirib.  Nazir iddia edib ki, bununla belə, Qərbin hazırkı mövqeyini nəzərə alaraq, Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə


13.02.2024 - 13:53

Filipp Kirkorov Donetskdə konsert verəcək

Rusiyalı məşhur müğənni Filipp Kirkorov qondarma Donetsk Xalq Respublikasına (DXR) gedib.  Xəbər verilir ki, bu barədə “360” telekanalı "Telegram" kanalında məlumat yayıb. Məlumata görə, ifaçı yerli xəstəxanaların birində konsert verəcək, həmçinin hərbçilərlə görüşəcək. 


06.02.2024 - 21:36

Ukraynada son vəziyyət: Həmyerlimizin mülkü göyə sovruldu - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Kiyevdə əvvəlki günlərlə müqayisədə sakitlik olub: “Amma buna baxmayaraq, Ukraynanın digər şəhərlərində vəziyyət daha da gərginləşib. Xüsusilə Donetsk, Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində həm hava hücumları, həm də quru döyüşləri müşahidə olunub”. Qeyd edilib ki, Xarkov vilayə


03.02.2024 - 12:25

Ukrayna ordusunun azərbaycanlı zabiti həlak olub - FOTO

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub. Xəbər verilir ki, 2001-ci il təvəllüdlü M.Babayev Donetsk vilayəti Novomixaylovka kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub. O, Dnepropetrovsk vilayətində dəfn edilib.


Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37