Çərşənbə axşamı, 07 May

“Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları Moskvanın əlini gücləndirir” - Politoloq 

image

“Rusiya MDB məkanında təsir dairəsini genişləndirmək planını reallaşdırmağa çalışır. Rusiyanın ABŞ və NATO-ya verdiyi bir neçə bənddən ibarət nota məhz bu regionda Vaşinqtonun siyasi-hərbi fəaliyyətinə son qoyması və Rusiyanin təsir dairəsi kimi tanınmasını tələb edir. Təbii ki, bu Azərbaycan da daxil olmaqla MDB ölkələrinin, Ukrayna və Gürcüstanın müstəqilliyini təhdid edir”.

Bu sözləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitikin sözlərinə görə 2022 -ci il Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionları üçün siyasi nizamın formalaşması istiqamətində həlledici mərhələ olacaq:

“Rusiya Mərkəzi Asiyada Qazaxıstan vasitəsilə regionda ABŞ-ın fəaliyyətinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirməyə çalışacaq. Özbəkistan və Türkmənistana təzyiqlər edəcək. Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı siyasətinə gəldikdə isə, Azərbaycanı KTMT-yə üzv olmağa dəvət edəcək.

Həmçinin Ermənistanda Qarabağ klanını aktivləşdirməyə çalışacaq. Əgər, Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər. Amma Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları N. Paşinyanın öz hakimiyyətini itirməsinə gətirib çıxara bilər. Çünki Ermənistan rəhbərliyinin KTMT-dəki aktiv rolu, Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışları Moskvanın əlini gücləndirir. Bu da Ermənistanın əleyhinə yönəlmiş olacaq”.

M. Əsədullazadə bildirib ki, Rusiya son Qazaxıstan hadisələrindən sonra geniş “iştaha” malik olub:

“Moskvanın bu təhdidlərinə qarşı Azərbaycan bu il ərzində hərbi doktirinasında dəyişiklik edib Türkiyə hərbi bazasının ölkəmizdə açılmasına getməlidir. Gözləməməliyik ki, Rusiya təhlükəsi qapımızda olsun və Qarabağda separatizmi alovlandırsın. Qeyd edim ki, Rusiya dumasında  Ukraynanın iki separatçı bölgəsinin müstəqil dövlət kimi tanınması üçün qətnamə hazırlanır. Göründüyü kimi Rusiya açıq hücum taktikasına keçib.

Sabah Qarabağda etnik ermənilərin yaşadığı kiçik bir ərazidə belə bir qətnamə layihəsinin müzakirəsinə də gedə bilər. Ona görə də Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməliyik və  Türkiyə hərbi bazasının ölkəmizdə olması Rusiyanın ölkəmizə qarşı siyasətində təzyiq gücü neytrallaşar. Qeyd edim ki, Prezident İlham Əliyevin hazırkı siyasəti ölkənin Rusiyanin orbitində olmasını istisna edir. Bu istiqamətdə dövlət başçısının siyasəti ölkənin müstəqilliyinin gücləndirilməsi və Türkiyə ilə hərtərəfli əməkdaşlıq müstəvisində aparması ən düzgün strateji xəttdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56