Çərşənbə axşamı, 07 May

30-dan çox erməni silahlısı evinə qaçdı - Ağdərədə kütləvi fərarilik

image

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq və narazılıq halları artmaqdadır. “Könüllülər” fürsət düşdükcə ailələrini də götürüb Ermənistana köçürlər.

Xəbər verilir ki, Ağdərə ərazisindəki mənbələrdən verilən məlumata görə, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib. Qarabağ sakini olan 30-dan çox erməni evlərinə buraxılmamasından hiddətlənərək silahlı dəstəni tərk edərək evlərinə gedib.

Mənbənin məlumatında, həmçinin bildirilib ki, qanunsuz dəstənin əvvəlcədən razılığa gələn üzvləri təhkim olunduqları əraziyə taksilər və avtomobili olan qohumlarını çağırıblar. Qanunsuz silahlı dəstənin “komandiri və müavinləri” insidentlə bağlı dindirilmək üçün prokurorluğa çağırılıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24