Çərşənbə axşamı, 30 Aprel

Axtarış

İran” üzrə 1527 nəticə tapıldı

20.12.2021 - 14:30

İranın XİN rəhbəri Azərbaycana gəlir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək. Xəbər verilir ki, bu barədə məlumatı İran XİN-in sözçüsü Səid Xətibzadə açıqlayıb. Onun sözlərinə görə, səfər yaxın günlərdə baş tutacaq.


20.12.2021 - 09:40

Aleksandr Vuçiç: “Serbiyada enerji böhranı Azərbaycan mazutu hesabına aradan qaldırılıb”

“Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində tam xaos yaranır”. Xəbər verilir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib. Onun sözlərinə görə, hazırda Serbiyada statistik səhvdən 500 ev təsərrüfatı istisna olmaqla hamının elektrik enerjisi var: “Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə dayanıqlıdır. Bir az sakitləşə bilərik, baxmayaraq ki, tam xaos Avropanın ə


18.12.2021 - 20:11

Üç ölkə İranı hədələdi: “Artıq sona çatırıq, bunun üçün vaxt olmaya bilər”

Böyük Britaniya, Fransa və Almaniya yeni nüvə müqaviləsi ilə bağlı İrana xəbərdarlıq ediblər. Xəbər verilir ki, üç ölkənin verdiyi birgə bəyanatda rəsmi Tehran üçün vaxtın getdikcə azaldığı bildirilib. Bəyanatda yeni müqavilənin imzalanması üçün fürsətin olmaya biləcəyi də diqqətə çatdırılıb: “Yeni anlaşma üçün fürsət çox azdır, çünki artıq danışıqların sonuna çatırıq. Baxmayaraq ki, bir sıra


17.12.2021 - 19:19

"Azərxalça" İŞİ": "Fəhlə adamam, nə deyiblər onu da etmişəm..." - İFADƏ

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs olunduqdan bir müddət sonra ev dustaqlığında olduğu zaman vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xəbərə görə, prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Araz Əliyev ifadə verib. O, ifadəsində mərhum V.Muradovu şəxsən tanımadığını, yalnız telefonla danışdığını deyib. Fəhlə işlədiyini söyləyən A.Əliyev İrandan gə


15.12.2021 - 17:14

“Ermənistan istəsə də, istəməsə də, bu məsələ reallaşacaq” – Siyavuş Novruzov 

“Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu”. Xəbər verilir ki, bunu Milli Mə


15.12.2021 - 13:06

Paşinyan: “Brüsseldə dəmir yolunun bərpası barədə razılığı təsdiqlədik”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”. Xəbər verilir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb. “Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq qarşılıq əsası


12.12.2021 - 16:05

İran ABŞ və İsraili hədələdi

“Yenidən başlayan nüvə müzakirələrinin uğursuz olacağı halda, Tehranın nüvə mərkəzlərini vurmaq da daxil olmaqla, hərbi planlar qurduğu ABŞ və İsrail hər hansı bir hücumda ağır şəkildə cavab alacaq”. Xəbər verilir ki, bunu İran Milli Təhlükəsizlik Ali Şurasının tabeliyindəki “Nournews”a açıqlamasında adının açıqlanmasını istəməyən yüksəkçinli məmurlardan biri deyib. “Hərbi komandanlara İran


12.12.2021 - 15:25

Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsi açıılacaq? - RƏSMİ CAVAB

Yardımlı rayonu ərazisində İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur. Xəbər verilir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. “Belə müzakirələr də getmir. Cənub istiqamətində, İranla bizim kifayət qədər qapımız var. Elə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə olunur. Biz


10.12.2021 - 15:06

ABŞ-dan İrana SƏRT XƏBƏRDARLIQ

“İranın terrorçuluğa verdiyi dəstək və nüvə proqramı ilə bağlı İsrailin narahatlığını bölüşürük”. Xəbər verilir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qants ilə görüşdə deyib. O, İsrailin İranın nüvə proqramı ilə bağlı mövqeyini dəstəklədiyini söyləyib: “Danışıqların uğursuz olacağı təqdirdə digər variantlara da əl atmağa hazırıq. Biz İranın təhdidlərinə qarşı İsrail


08.12.2021 - 16:47

Rza Zərrab təkcə adını yox, həyatını da dəyişdi - Fotolar

2016-cı ildə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq ittihamı ilə həbs edilən Rza Zərrab yeni həyat yaşayır. Xəbər verilir ki, o, 6 ay əvvəl həbsdən azad olunub. Rza Zərrab hazırda ABŞ-ın Mayami şəhərində Aaron Goldsmith adı ilə yaşayır. İlk dəfə iyul ayında Mayamidə görüntülənən Zərrab 3,6 milyon dollarlıq lüks mənzilə sahibdir. O, at yetişdirən ferma və təlim


07.12.2021 - 17:48

Azərbaycan-İran sərhədində atışma: ölən var

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kə


07.12.2021 - 16:24

“Omikron“ ştammı İrana da keçdi

“Koronavirusun “Omikron” ştammı artıq ölkəyə daxil olub və bu, yoluxma sayının daha da artmasına gətirib çıxaracaq”. Verilən məlumata görə, bu sözləri Məşhədin səhiyyə təşkilatının rəhbəri Əlirza Sədaqət deyib. “İranda “Omikron” ştammını müəyyən etmək üçün lazımi cihazlar yoxdur və Koronavirusla Mübarizə üzrə Milli Qərargahın yardımı ilə qərara alınıb ki, ştamma yoluxmada şübhəli bilinən xəstələ


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42