Cümə axşamı, 02 May

Axtarış

İran” üzrə 1528 nəticə tapıldı

25.02.2023 - 16:10

"Rusiyanın İran istehsalı PUA-ları tükənib" - Britaniya Kəşfiyyat Xidməti

Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib. Xəbər verilir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub. Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında müddətdə ən azı 24 Şahed-136 PUA-nın vurub. "


25.02.2023 - 09:30

Mollaların erməni qardaşlığı: Rəsmi qəzetdə sərt məqalə

İllərdir ki, İran içində məskən saldığı Azərbaycan qorxusu ilə yaşayır. Ölkəmizin artan nüfuzu, gücü, qüdrəti molla rejiminə dərd olub. "İslamçılar" Azərbaycanın müstəqil dövlət kimi varlığını, iqtisadi inkişafını hakimiyyətləri üçün təhlükə hesab edirlər. Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin olması, bu iki qonşunun uzun illər müharibə şəraitində yaşaması daha çox İranın iş


23.02.2023 - 16:56

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

2023-cü ilin yanvar ayı ərzində Azərbaycana ümumilikdə 119 094 nəfər turist gəlib. Bu barədə sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən məlumat verilib. Qeyd edilib ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Belə ki, ötən il yanvar ayında ölkəmizə 74 057 nəfər turist səfər etmişdi. Agentliyin məlumatına görə, yanvar ayı ərzində ən çox turist Rusiya, Türkiyə və İrandan daxil olub. Rusiyadan 40 189 nəfə


23.02.2023 - 15:30

Əfqan qızlar "Taliban"dan gizli belə məşq edirlər - FOTO

Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra ölkədə əfqan qızlar artıq idmanla məşğul ola bilmir. Buna səbəb ölkədə qızların idmanla məşğul olmasına qoyulan qadağadır. Xəbər verilir ki, idmanla məşğul olmaq istəyən əfqan qızlar bunu gizli şəkildə edirlər. Qeyd edək ki, "Taliban" hakimiyyətə gəldikdən sonra məktəblər, universitetlər və əksər iş yerləri qadı


23.02.2023 - 10:22

İranda məktəbli qız baş örtüyünə görə qəddarcasına döyüldü

İranda məktəbli qız baş örtüyünü düzgün bağlamaması bəhanəsi ilə bir qadın tərəfindən qəddarcasına döyülüb. “Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər yayıb. Kadrlarda ağlayan balaca qızcığazın al-qan içində olduğu görünür. Qeyd edək ki, molla rejimində yeddi yaşından yuxarı qızların hicab taxması vacibdir.


22.02.2023 - 18:37

İranda bu cür işgəncələr verilir – CNN-dən ŞOK HESABAT

CNN İranın nümayişçilərə işgəncə vermək və onları etiraflara məcbur etmək üçün gizli həbsxanalar şəbəkəsindən necə istifadə etdiyini göstərən araşdırma hesabatı dərc edib. Xəbər verilir ki, bu şəbəkə İranda məscidlərin zirzəmisi kimi dövlət mərkəzlərində yerləşən 40-dan çox qeyri-rəsmi işgəncə mərkəzinin və elan edilməmiş gizli həbsxanaların yerini tapa bilib. Bu gizli saxlama mə


22.02.2023 - 15:36

İranın bir neçə şəhərində etiraz aksiyaları keçirildi

Fevralın 21-də İranın bir neçə şəhərində müxtəlif dövlət qurumlarının və müstəqil işçilərin etiraz aksiyası baş tutub. Xəbər verilir ki, tibb işçiləri təqaüdçüləri Tehranda İran Təqaüdçüləri Fondunun binası qarşısına toplaşaraq hüquqlarının pozulmasına və vəd edilən pensiya artımının yerinə yetirilməməsinə etiraz ediblər. Təbriz, Kənqan, Məşhəd, Əhvaz, İsfahan, Kirmanş


22.02.2023 - 13:50

Netanyahu: "Gözləsək, İrana zərbə endirmək çətin olacaq"

Etibarlı hərbi təhdid İranın nüvə ambisiyalarına qarşı durmağın ən yaxşı yoludur. Bu, nə qədər geciksə, bir o qədər çətin olacaq. Xəbər verilir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə keçirilən Hartoq Milli Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib. “Üsyankar dövlətlərin nüvə silahı yaratmasını dayandırmağın yeganə yolu etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. Bunu sarsı


21.02.2023 - 12:24

İranda güclü zəlzələ olub

İranda 5,2 bal gücündə zəlzələ baş verib. Bildirilir ki, yeraltı təkanlar Fars əyalətinin mərkəzi hissəsində hiss edilib. Ocağın 10 kilometr dərinlikdə olduğu vurğulanır. İnsan ölümü və dağıntılar barədə məlumat yoxdur.


20.02.2023 - 21:40

Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntılar var

Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir. Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib. Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində


18.02.2023 - 10:57

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi AÇIQLANDI - FOTO

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndə


17.02.2023 - 18:54

İranın xarici işlər naziri Hindistana getməkdən imtina etdi - SƏBƏB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Raisina Dialogue 2023” beynəlxalq konfransında iştirak etmək üçün 3-4 mart tarixlərində Hindistana planlaşdırılan səfərini ləğv edib. Xəbər verilir ki, bu barədə “The Indian Express” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, səfərin ləğv edilməsinə səbəb yanvar ayında nümayiş etdirilən konfransın tanıtım videosunda İranda baş verən etirazları


Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15