Bazar ertəsi, 13 May

İranın xarici işlər naziri Hindistana getməkdən imtina etdi - SƏBƏB

image

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Raisina Dialogue 2023” beynəlxalq konfransında iştirak etmək üçün 3-4 mart tarixlərində Hindistana planlaşdırılan səfərini ləğv edib.

Xəbər verilir ki, bu barədə “The Indian Express” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səfərin ləğv edilməsinə səbəb yanvar ayında nümayiş etdirilən konfransın tanıtım videosunda İranda baş verən etirazların görüntülərinin yer alması olub.

Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyi konfransın təşkilatçılarından bu görüntüləri yığışdırmağı tələb edib. Tələb təmin olunmadığına görə Abdullahiyan konfransa gəlməkdən imtina edib.

Hindistan Xarici İşlər Nazirliyi vəziyyəti şərh etməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00