“Çin” üzrə 3380 nəticə tapıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xəbər verilir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Muradova 2 il azadlıqdan məhrum edilib. İttihama görə, 2021-ci
Pakistanlı aktrisa Mehrin Şah film çəkilişi ilə bağlı gəldiyi Bakıda təcavüzə məruz qaldığını iddia edib. Xəbər verilir ki, bu haqda sənətçi instaqramda məlumat paylaşıb. O, hindistanlı prodüser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Mehrin prodüser və rejissorun otelə seks işçiləri dəvət etdiyini də qeyd edib. M. Şah onların əxlaqsız tələblə
Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsədiyi müəyyən edilib. Xəbər verilir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib. İstintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub. Xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Ə
Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Xəbər verilir ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdə
Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araş
Tərtər rayonunda 1996-cı il təvəllüdlü Daşqın qısqanclıq zəminində bacısı Ramiləni (adlar şərti verilib – red.) qətlə yetirib. Əldə etdiyimiz məlumata görə, Daşqın uzun müddət başqa şəxslərlə münasibətdə olmasından şübhələndiyi bacısı Ramilənin mobil telefonuna gələn zəng və ismarıcları izləmək qərarına gəlib. 14 iyul 2022-ci ildə saat 08.00-da Ramilənin işdə olmasından istifadə edib, onun
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı birgə məlumat yayıb. Xəbər verilir ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar
ABŞ-ın “Politico” qəzeti Rusiyanın Ukraynaya kiberhücumlarından yazıb. 2022-ci ilin fevralından Rusiya Ukraynada total müharibə aparır.Məlumata görə, “Politico” yazır ki, Rusiyanın Ukraynaya hərbi hücumları ilə kiberhücumları arasında uyğunluqlar müşahidə olunur. Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin sədr müavini Viktor Jora “Politico”ya deyib ki, Kiyev rəqəmsal müharibəni Moskvanın törətdiyi hərbi
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib. Xəbər verilir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub. Məhkəmə belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşə
İranlı futbolçu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkədəki kütləvi etirazları dəstəkləyib. Xəbər verilir ki, İranın “Traktor şəhəri”nin keçmiş müdafiəçisi üç Bəsic polisinin – “İslam İnqilabı Keşikçiləri”nin qətlində şərik olmaqda ittiham olunur. Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib, lakin onlardan yalnız 16-nı çəkəcək - ona verilən cinayətlərdən birinə görə
Bakının Nəsimi rayonunda 21 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, 2002-ci il təvəllüdlü Cəbrayılov Nihad Əlimərdan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.