Bazar, 19 May

Axtarış

Çin” üzrə 3393 nəticə tapıldı

04.11.2021 - 19:00

Polşa Gürcüstana 468 min doza “Pfizer” vaksini bağışlayacaq

Polşa hökuməti Gürcüstana yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 468 min doza “Pfizer” vaksini bağışlayacaq. Xəbərə görə, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vaksinin ilk partiyası artıq Gürcüstana çatdırılıb. Polşanın Gürcüstandakı səfiri Marius Maskeviç bildirib ki, zərurət yarandığı təqdirdə ölkəsi Gürcüstana yenə kömək edəcək.


04.11.2021 - 16:46

Biləsuvarda işgəncəyə məruz qalan qadın azyaşlı övladını öldürdü – Təfərrüat

Biləsuvar rayonunda 1 yaşlı körpəsini öldürən Gülər İmanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Verilən məlumata görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, bu ilin avqustun 14-də, saat 08


04.11.2021 - 16:08

İmişlidə zorlanan 11 yaşlı qızın babası danışdı: “Problem mənim qızımda olub”

“Qızım birinci ailə qurduğu oğlana qoşulub qaçmışdı. Sözün düzü o uşaqdan da, ailəsindən də razıyam. Amma yoldaşı vəfat edəndən sonra, heç nə deyə bilmədim. Ötən ilin dekabrında gəldi bizə. Çox qalmadı yenə ərə gedirəm deyib, getdi”. Xəbər verilir ki, bu sözləri açıqlamasında İmişlidə zorlanan 11 yaşlı qızın babası H.P. (ad şərtidir) deyib. O bildirib ki, nəvəsinin


04.11.2021 - 15:05

"Qısqandı, bıçağı qızdırıb, bədənimə yazılmış kişi adlarını..." — Şok təfərrüat

Abşeron rayonunda 1989-cu il təvəllüdlü Bəxtiyar qeyri-rəsmi yaşadığı Məlahətə (adlar şərtidir – red.) işgəncə verib. Xəbər verilir ki, Bəxtiyar 13 sentyabr 2020-ci ildə saat 18 radələrində, 14 sentyabr 2020-ci ildə saat 16 radələrində və 15 sentyabr 2020-ci ildə saat 17 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məlahətlə yaşadıqları evdə mübahisələr edib. O, mübahisə zamanı Məlahətə işgəncə verib, bədənin müxtə


03.11.2021 - 19:40

Azərbaycanlı qadın bir neçə nəfəri İstanbula aparıb, onları fahişəliyə cəlb edib – MƏHKƏMƏ İŞİ

Azərbaycanda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub. Məhkəmə əsasən, cinayət işini təqdim edir. Hər şey ondan başlayır ki, Günay (şərtidir) iş ardınca Türkiyəyə gedir, lakin onun burada bəxti gətirmir. Günayın Türkiyə Respublikasında qalma müddəti bitdiyinə görə, o, Azərbaycana geri qayıdır.   Bununla belə, Günay Türkiyədə qalmaq sevdasından əl çəkmir. Günay əvvəlcədən tanış olduğ


03.11.2021 - 19:10

Keçmiş polis Nyu-York şəhərinin meri seçilib

Nyu-York şəhərini meri uğrunda seçkilərdə keçmiş polis Erik Adams qalib gəlib. Xəbər verilir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin informasiyasına əsasən, seçicilərin 65%-i ona, 28%-i isə rəqibi, Körtis Slivaya səs verib. Erik Adams 2022-ci ilin yanvar ayının 1-dən vəzifəsinə başlayacaq. O, əvvəlki merdən koronavirusdan sonra ağır vəziyyətə düşə iqtisadiyyatı, həddən artıq


03.11.2021 - 17:03

Qalmaqallı iş: “Yarım milyon verməlisən, nazirə çatacaq...” – İş adamı danışdı

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən iş adamı Əhməd Mirzəyevə qarşı qanunsuz hərəkətlər etmələri müəyyən olunub. Əldə etdiyimiz məlumata görə, Əhməd Mirzəyev verdiyi ifadəsində bildirib ki, təxminən 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktoru Tural Musayevin müavini vəzifəsində işlə


03.11.2021 - 15:45

Səlim Müslümovun atası: “Ona heç azadlıq da arzulamıram”

1 noyabr 1961-ci ildə dünyaya gələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib. Xəbər verilir ki, bu barədə danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib: "Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayı


03.11.2021 - 14:25

Amnistiya aktı ilə 3 mindən çox şəxs azad ediləcək

8 noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsü irəli sürülüb. Xəbər verilir ki, amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarını


03.11.2021 - 13:24

Azərbaycanda 35 yaşlı kişi məktəblini zorlamaq istədi - MƏHKƏMƏ İŞİ

35 yaşlı Əhməd (ad şərtidir) adlı şəxs 14 yaşına çatmayan Səbinə (ad şərtidir) adlı məktəblini zorlamağa cəhd edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sənədlərinə əsasən hadisənin təfərrüatını təqdim edir. Hadisə Daşkəsən şəhərində ötən ilin avqust ayının 28-də baş verib. Dostları ilə bir gündə iki dəfə araq içərək sərxoş olan Əhməd zərərçəkmişin


03.11.2021 - 13:04

Rza Zərrabın ABŞ-da necə sərbəst buraxıldığı ortaya çıxdı - DETALLAR

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarını pozmaqda ittiham olunan və Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində mühakimə olunan Rza Zərrabın necə azadlığa buraxıldığı bəlli olub. Xəbər verilir ki, Zərrab 2018-ci ildə girov müqabilində mühakimə olunmaq üçün məhkəməyə müraciət edib və hakim ərizəni qəbul edib. Nyu-York Cənub Dairəsinin hakimi Riçard Berman Rza Zərrabın zaminə buraxılması ilə bağlı sənə


03.11.2021 - 12:22

Azərbaycanın almaq istədiyi “JF-17 Thunder” qırıcısının ÜSTÜNLÜKLƏRİ

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.  Xəbər verilir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib. Polkovnik söhbətin “Block 3” modifikasiyasından getdiyini qeyd edib. Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib. “


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41