Cümə, 03 May

Rza Zərrabın ABŞ-da necə sərbəst buraxıldığı ortaya çıxdı - DETALLAR

image

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarını pozmaqda ittiham olunan və Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində mühakimə olunan Rza Zərrabın necə azadlığa buraxıldığı bəlli olub.

Xəbər verilir ki, Zərrab 2018-ci ildə girov müqabilində mühakimə olunmaq üçün məhkəməyə müraciət edib və hakim ərizəni qəbul edib.

Nyu-York Cənub Dairəsinin hakimi Riçard Berman Rza Zərrabın zaminə buraxılması ilə bağlı sənədləri elektron şəkildə dərc edib. 22 yanvar 2018-ci il, 17 iyul 2018-ci il və 5 may 2020-ci il tarixlərində açıqlanan sənədlərə görə, ərizəsi qəbul edilən Zərrab şərti zaminə buraxılıb.

Hakim Berman da son yazılı sərəncamında indiyə qədər Zərrabın zaminə buraxılması ilə bağlı sənədlərlə bağlı məxfilik qərarını ləğv etdiyini açıqlayıb. Məhkəmə faylındakı qeydlərə görə, Zərrab zaminə buraxılması üçün 5 milyon dollarlıq zəmanət məktubunu məhkəməyə təqdim edib.

Türkiyə  mətbuatında yer alan xəbərlərə  görə, məhkəmə onun zaminə buraxılmasına bəzi məhdudiyyətlər qoyub. Belə  ki,  müstəntiqlər və FTB əvvəlcədən xəbərdarlıq və ya icazə olmadan istənilən vaxt Zərrabın evində axtarış apara biləcək.

Zərrab prokurorluğun verdiyi mobil telefondan və kompüterdən istifadə edə bilər. Zərrab yalnız Florida və Nyu-Yorkun müəyyən olunmuş ərazilərində icazəsiz səyahət edə biləcək. Müxtəlif yerlərə getməli olsa, prokurorluqdan icazə alacaq.

Qeyd edək ki, Azərbaycan əsilli  iş adamı Rza Zərrab 2013-cü il 17 dekabr tarixində "böyük rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilib. Daha sonra o şərti azadlığa buraxılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15