Şənbə, 04 May

Axtarış

təyyarə” üzrə 1153 nəticə tapıldı

09.05.2023 - 11:23

Dubay-Moskva reysində azyaşlını zorladılar

Dubay-Moskva reysi zamanı “Aeroflot” şirkətinə məxsus təyyarədə səkkiz yaşlı uşaq zorlanıb. Cinayətkar hadisəni təkrarlamaq üçün uşağı tualetə aparmaq istəsə də, azyaşlı anasının yanında qala bilib. Belə ki, uşaq anası və qardaşı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən tətildən qayıdırmış. Qadın oğlunu tanımadığı kişinin yanına oturdub, özü isə qabağa keçib digər uşağı ilə oturub. Uçuş zamanı


09.05.2023 - 10:21

NATO təyyarələri hazırlıq vəziyyətinə gətirildi - Qara dənizdə gərginlik

NATO təyyarələri Qara dəniz bölgəsində yüksək hazırlıq vəziyyətinə gətirilib. Xəbər verilir ki, bu barədə “Reuters” alyansdakı mənbəyə istinadən məlumat yayıb. Müvafiq addım Rumıniya sahillərində Polşanın "Frontex" hərbi təyyarəsi yaxınlığında Rusiya hərbi təyyarəsinin təhlükəli davranışından sonra atılıb. NATO müttəfiqləri daha əvvəl alyansın sualtı qayıqlara


09.05.2023 - 10:00

Ukrayna ordusunda daha 8 PUA bölüyü yaradıldı

Ukrayna Ordusunda daha 8 PUA zərbə bölüyü yaradılıb.  Xəbər verilir ki, bu barədə ölkənin rəqəmsal transformasiya naziri Mixail Fyodorov məlumat verib. O, bütün dronların Ukraynada istehsal edildiyini, maliyyənin dövlət büdcəsindən, həmçinin Ukrayna lideri Vladimir Zelenskinin UNITED24 layihəsi çərçivəsində toplanan ianələrdən gəldiyini açıqlayıb. Fyodorov bildirib ki, Ukrayna hakimiyyəti ölkədə ordu üçün lazım olan qədər pilotsuz


07.05.2023 - 15:40

Təyyarədə ŞOK HADİSƏ: Sərnişini əqrəb sancdı

Hindistanda ölkədaxili uçuş zamanı əqrəb qadın sərnişini sancıb. Xəbər verilir ki, eyni aviaşirkətin əvvəllər təqdim etdiyi yeməklərdə də hamam böcəyi tapılmışdı.  "Press Trust İndia"nın xəbərinə görə, Hindistanın "Air India" aviaşirkəti aprelin 23-də Naqpur-Mumbay reysi ilə bağlı açıqlama verib. Açıqlamada təyyarədə əqrəbin qadın sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı


05.05.2023 - 17:55

Moskvada dronla təyyarəyə hücum olub

Moskvanın Şeremetyevo hava limanında “Aeroflot Airbus A320” təyyarəsinə dronla hücuma cəhd olub. Xəbər verilir ki, bu barədə “Mash” məlumat yayıb. Bildirilib ki, dronla təyyarə toqquşmayıb. Toqquşmaya az qalmış dron istiqamətini dəyişib. Faktla bağlı araşdırma aparılır.


05.05.2023 - 13:25

Moskva ilə Bakı arasında yeni reys açılıb

Cümə günü Rusiyanın Jukovski Beynəlxalq Hava Limanından Moskva ilə Bakı arasında yeni reys açılıb. Bu barədə marşrut üzrə daşıyıcı olan “Red Wings” şirkətinin baş direktoru Yevgeni Solodilin bildirib. “İlk uçuş 85% yüklə icra olundu, bu, yeni uçuş üçün çox yaxşı göstəricidir”, - deyə Solodilin vurğulayıb. Yeni uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri Jukovskidən, bazar ertəsi və cü


04.05.2023 - 10:40

Kolumbiyada içində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu təyyarə mayın 1-də itkin düşüb.  Xəbər verilir ki, artıq 4-cü gündür aparılan axtarışlar hələ də nəticə verməyib.  San Xose şəhərində yoxa çıxan təyyarənin qəzaya uğradığı ehtimal edilir. Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.


01.05.2023 - 17:21

Sudan hava məkanı mayın 13-dək bağlandı: İstisnalar açıqlandı

Sudanın hava məkanında uçuşlara qoyulan məhdudiyyət mayın 13-dək uzadılıb. Bu barədə Sudanın Mülki Aviasiya İdarəsi elan edib. Bildirilir ki, səlahiyyətli orqanların icazəsi ilə humanitar yardım və əcnəbilər üçün evakuasiya uçuşları istisna olmaqla, Sudan hava məkanı mayın 13-dək bağlanıb. Xatırladaq ki, aprelin 28-də Sudanda aviabazaya enən Türkiyə təyyarəsinə atəş açılıb. Xoşbəxtlikdən insident


01.05.2023 - 13:34

Ukraynada ölkə boyu hava döyüşü: Azərbaycanlılar yaralandılar - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada bütün ölkə boyu hava həyəcanı siqnalı verilib. “Ardınca Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hava hücumu qeydə alınıb. Budəfəki hücum zamanı təkcə dronlardan və Xəzər dənizindən buraxılan raketlərdən deyil, Rusiyanın Murmansk vilayətindən qalxan bombardmançı təyyarə


30.04.2023 - 09:37

Türkiyə Ermənistan təyyarəsini hava məkanına buraxmadı

Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb. Bu səbəbdən də İrəvandan Parisə uçan təyyarə Moldova paytaxtına eniş etməli olub. Erməni tərəfi Türkiyəni hava məkanını bağlamaqda ittiham etsə də, bunun həqiqətə uyğun olmadığı bildirilib. Belə ki, Ankaradakı aviasiya sahəsindəki mənbəyə istinadən yayılan məlumata görə, ehtimal ki, Türkiyə öz hava mə


28.04.2023 - 15:10

Sudanda Türkiyə təyyarəsinə atəş açılıb

“Sudanda baş verən atışmalarda çətin vəziyyətdə olan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seydnə gedən təyyarəmizə yüngül silahla atəş açılıb”. Xəbər verilir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarə təxliyə işini həyata keçirib və personaldan heç kəs yaralanmayıb.


28.04.2023 - 11:21

Sudan ordusu Türkiyə təyyarəsinə ATƏŞ AÇDI

Sudanda təxliyə məqsədi ilə gələn Türkiyə təyyarəsinə atəş açılıb. Xəbər verilir ki,  bu  barədə TASS məlumat yayıb.  Bildirilir ki, Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. İnsident nəticəsində ekipaj üzvlərindən biri yaralanıb.


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15