Cümə, 29 Mart

Ukraynada ölkə boyu hava döyüşü: Azərbaycanlılar yaralandılar - VİDEO

image

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynada bütün ölkə boyu hava həyəcanı siqnalı verilib.

“Ardınca Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hava hücumu qeydə alınıb. Budəfəki hücum zamanı təkcə dronlardan və Xəzər dənizindən buraxılan raketlərdən deyil, Rusiyanın Murmansk vilayətindən qalxan bombardmançı təyyarələrdən də istifadə edilib”, – deyə jurnalist qeyd edib.

Məlumata görə, Kiyev vilayətində heç bir partlayış qeydə alınmayıb, bütün hücumların qarşısı alınıb.

“Digər vilayətlərdə isə hava hücumunun fəsadları olub. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində yaşayış kompleksi dağıdılıb. Nəticədə 25 nəfər yaralanıb. Onların arasında azərbaycanlı Azər Seyidov və onun ailəsi də var”, - deyə M.Aslanov əlavə edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45