Cümə, 03 May

Təyyarədə ŞOK HADİSƏ: Sərnişini əqrəb sancdı

image

Hindistanda ölkədaxili uçuş zamanı əqrəb qadın sərnişini sancıb.

Xəbər verilir ki, eyni aviaşirkətin əvvəllər təqdim etdiyi yeməklərdə də hamam böcəyi tapılmışdı. 

"Press Trust İndia"nın xəbərinə görə, Hindistanın "Air India" aviaşirkəti aprelin 23-də Naqpur-Mumbay reysi ilə bağlı açıqlama verib. Açıqlamada təyyarədə əqrəbin qadın sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı bildirilib.

Təyyarə Mumbay hava limanına enən zaman həkimlər qadın sərnişinə müdaxilə edib və sərnişin xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Lazımi protokollara əməl edildiyi bildirilən açıqlamada əqrəbin təyyarə dezinfeksiya edildikdən sonra tapıldığı bildirilib.

Qeyd edək ki, "Air India" aviaşirkətinin 2019-cu ildə Bhopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə təklif edilən yeməkdə tarakanlar tapılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15