Şənbə, 18 May

Axtarış

partlayış” üzrə 440 nəticə tapıldı

30.08.2021 - 10:15

Kiyevdə güclü partlayış: Çoxsaylı yaralı var

Ukraynanın paytaxtı Kiyevin Qrebenki qəsəbəsindəki şəkər zavodunda buxar partlayışı baş verib. Xəbər verilir ki, bu barədə Kiyev vilayət polisinin rabitə şöbəsi məlumat yayıb. Belotserkovski rayon polis idarəsinin istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə gedib. İlkin məlumata görə, qəzaya səbəb qazanlardan birinin nasazlığı olub. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilib.


29.08.2021 - 21:30

Kabildə növbəti güclü partlayış: 7 nəfər öldü - Video

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Xəbər verilir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumata görə, paytaxtın Hacı Buqra rayonundakı yaşayış evi raket zərbəsinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən biri qadın, digəri isə uşaqdır. ABŞ-ın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölə


29.08.2021 - 11:55

Bütün dünyada internet kəsilə bilər

Elm adamları müəyyən edib ki, Günəşdə baş verən partlayışların dünyada internetin fəaliyyətində problemlər yaranacaq.  Xəbər verilir ki, bu, ABŞ-da aparılan araşdırmalar nəticəsində bəlli olub.  ABŞ-ın Kaliforniya Universitetinin professor Sangeta Abdu Yothi bildirib ki, planetimiz qlobal internet kəsintisi problem ilə qarşı-qarşıyadır. Alimin sözlərinə görə, sözügedən proses 10 il ərzində baş verə bilər. Bu versiyanın baş tutması ehtimalı isə 12


29.08.2021 - 09:15

Kabil aeroportunda yeni terror aktı törədilə bilər - Bayden xəbərdarlıq etdi 

Amerika hərbçiləri ən yaxın 24-36 saatda Əfqanıstanın paytaxtı Kabilin aeroportuna terrorçuların yeni hücum ehtimalının yüksək olduğunu güman edirlər. Xəbər verilir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib. "Vəziyyət fövqəladə dərəcədə təhlükəli olaraq qalır, aeroporta terror hücumları təhlükəsi əvvəlki kimi yüksəkdir. Bizim komandanlığımız mənə bildirdi ki, növbəti 24-36


27.08.2021 - 19:21

Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 170-ə çatıb

Kabildə baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb. Bu barədə "RİA Novosti" xəbər verir. 13:48 Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin ümumi sayı 110 nəfərə yüksəlib. Xəbər verilir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Qeyd edək ki, dünən Kabildə silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti İŞİD öz üzə


27.08.2021 - 15:54

Qazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 9-a yüksəlib

Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb. Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dünən Qazaxıstan Müdafiə Nazirliyi ölkənin Jambıl vilayətində hərbi hissələrdən birinin anbarında partlayış və yanğın olması barədə məlumat yaymışdı.


27.08.2021 - 11:52

Kabildəki partlayışlarda 28 "Taliban" üzvü ÖLÜB

Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb. Xəbər verilir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb. "Amerikalılardan daha çox insan itirdik", - "Taliban" nümayəndəsi deyib. Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata


27.08.2021 - 09:16

Kabil hava limanındakı partlayışda ABŞ hərbçiləri həlak oldu -YENİLƏNİB

Kabul hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb. Xəbər verilir ki, bu barədə BBC Əfqanıstanın yüksək vəzifəli səhiyyə işçisinə istinadən məlumat yayıb. ***21:36 Xəbər verdiyimiz kimi, Kabil hava limanında terror aktı törədilib.  Xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin yaydığı bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, hava limanı


23.08.2021 - 16:12

Putin hava limanına Ramzan Kadırovun atasının ADINI VERDİ

Rusiya prezidenti Vladimir Putin Qroznı Beynəlxalq Hava Limanına Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun adını verib. Xəbər verilir ki, Putin bu barədə sərəncam imzalayıb. Qeyd edək ki, bu gün Əhməd Kadırovun anadan olmasının 70 ili tamam olur. O, 2004-cü ildə paradda törədilən partlayış nəticəsində öldürülmüşdü. 2011-ci ildən Çeçenistana oğlu Ramzan Kadırov başçılıq edir.


19.08.2021 - 18:19

Yerə bənzəyən PLANETLƏR: Oraya 25 milyon ilə çatmaq olar

Yerə bənzər planetlər helium, hidrogen və suyun fərqli formalarının qarışıqlarından ibarət möhkəm səthə malik olmayan qaz və buz nəhənglərindən xeyli fərqlənir. Belə planetlər təxminən eyni quruluşa malikdir: mərkəzlərində əsasən tərkibi dəmirdən ibarət olan metal nüvələr və bu nüvələri əhatə edən silikat mantiya var. Ay da buna oxşar quruluşa malikdir, amma də


06.08.2021 - 18:58

Minaya düşən ANAMA əməkdaşının görüntüləri yayıldı - VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb. Qeyd edək ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.


27.07.2021 - 20:21

Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb, polislər xəsarət alıb

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Xəbər verilir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib. Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb. Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb. Hazırda


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41