Bazar ertəsi, 06 May

SON DƏQİQƏ! Rusiya ilə Ukrayna arasında GİZLİ SÜLH missiyası başladı

image

Roma Papası Fransisk Rusiya-Ukrayna müharibəsini bitirmək üçün gizli sülh missiyasının başladığını elan edib.

Xəbər verilir ki, Roma Papasının Macarıstana üç günlük səfərindən sonra jurnalistlərə verdiyi açıqlama sülhə ümid yaradıb.

Papası Fransisk bildirib ki, davam etməkdə olan və ictimaiyyətə açıq olmayan bir missiya var.

"İctimaiyyətə açıq olanda bu haqda danışacam. Məncə, sülh həmişə kanallar açılaraq imzalanır. Bu kanalları bağlamaqla heç vaxt sülhə nail ola bilməzsiniz", - deyən Papa Macarıstanın baş naziri Viktor Orban və Rus Pravoslav Kilsəsinin Budapeştdəki nümayəndəsi, yepiskop Hilarionla Ukraynadakı vəziyyəti müzakirə edib.

Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında bir saatdan çox davam edən telefon danışığı olub.

Ukrayna Prezident Aparatının dünən axşam keçirilən görüşlə bağlı verdiyi açıqlamada bildirilib ki, Zelenski Makrona cəbhədəki son vəziyyət, may-iyun aylarındakı inkişaf perspektivləri barədə məlumat verib, müdafiə qüvvələrinin prioritet ehtiyaclarından bəhs edib.

Bəyanatda, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO liderlərinin zirvə toplantısına hazırlıqla bağlı müzakirələrin aparıldığı qeyd olunub: "Ölkəmizin təhlükəsizlik təminatları ilə bağlı güclü və konkret qərarlar alınacaq. ölkəmiz və Ukraynanın NATO-ya dəvət edilməsi proseduruna başlanacaq. NATO-nun Vilnüsdə keçiriləcək Zirvə toplantısına hazırlıq işlərinə xüsusi diqqət yetirilir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15