Bazar, 19 May

Axtarış

inflyasiya” üzrə 141 nəticə tapıldı

22.05.2023 - 12:49

Maaşın çoxu ərzaqa gedir - İqtisadçıdan açıqlama

Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb. Xəbər verilir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir. 2023-cü ilin yanvar-aprel aylarında-yəni 4 ay müddətində vətəndaşlar qazanclarınn 52,7%-ni ərzaq məhsullarına, 4,9 faizini içki və tütün məmulatlarına, 13%-ni geyimə, 5,7 faizini yanacağa, 4,4 faizini elektrik malları və mebellərə, 2,4 faizini dərmanlara, 1,1 faizini texniki avadanlıqlara, 15,8 faizini isə digər qeyri-ərzaq malları


17.05.2023 - 09:46

Bazarlarda yay bahalaşmasına hazır olun — SƏBƏBLƏR

May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil. Bu barədə “Trend”ə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. O bildirib ki, bölgələrdə hava şəraitinin


01.05.2023 - 10:34

Hər 4 nəfərdən biri işsiz qalacaq - Təhlükəli PROQNOZ

Növbəti beş il ərzində süni intellekt (süni zəka) dünyadakı iş yerlərinin təxminən dörddə birini əvəz edəcək. Xəbər verilir ki, bu barədə "Bloomberg" agentliyi Dünya Bankının (DB) hesabatına istinadən məlumat yayıb. DB hesab edir ki, ilkin mərhələdə süni intellektin tətbiqi əmək bazarında pozulmalara gətirib çıxaracaq. Buna baxmayaraq, ümumilikdə qarşıdakı beş ildə əksər yeni texnologiyaların əmək bazarı


10.04.2023 - 20:24

İranda kirayədə yaşayanların sayı kəskin artdı

İranda inflyasiyanın artması və iqtisadi vəziyyətin ağırlaşması fonunda kirayə mənzillərdə yaşayan vətəndaşların sayında ciddi artım qeydə alınıb. Xəbər verilir ki, bu barədə İran parlamentinin Abadlıq Komissiyasının başçısı Müctəba Yusifi açıqlama verib. O, hazırda Tehran şəhərində əhalinin 53 faizinin, İran üzrə isə əhalinin təxminən 51%-nin kirayə evlərdə yaşadıqlarını bildirib.


05.04.2023 - 10:01

Ətin qiyməti 20 manata qalxacaq

2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. İnsanları indi bu sual düşündür: mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək? “Kaspi” qəzeti mövzu ilə bağlı  araşdırma aparıb. Sahibkarlar deyiblər ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir. Heyvan yemi bahalaşdı


02.04.2023 - 15:02

Ətin qiyməti yenidən artacaq? - FOTO

“Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm”. Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymə


29.03.2023 - 13:53

Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi artırılaraq 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.75%-ə qaldırılıb. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkə


27.03.2023 - 11:48

Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?

“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkənəm deyə, bu qiymət artımını hiss edəcəyəm”. Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib. O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb. R. Quliyevin sözlərinə görə, qiymə


23.03.2023 - 12:02

Yeni qərardan sonra manatı nə gözləyir?

"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul etdi. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir”. Xəbər verilir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz "Facebook" hesabında yazıb. Onun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yü


13.03.2023 - 16:22

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ

“Məlum olduğu kimi, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4.05 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1,844.55 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 21.087 ABŞ dolları təşkil edib. Təbii ki, qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına da öz təsirini göstərəcək. Qızılın qiymətində artımlar olacaq. Ölkə bazarı böyü


27.02.2023 - 09:19

Müəllimlərin maaşı artırıldı, amma...

Dövlət təhsil müəssisələrində çalışan müəllimlərin maaşları artırılacaq, lakin bu artım inflyasiyadan aşağı olacaq və onlar təqvim ilinin əvvəlindən deyil, yalnız fevral ayında yeni maaşlar alacaqlar. Müəllimlərin maaşlarının artırılması əmək haqqı və pensiyaların indeksləşdirilməsi proseduru başlayandan təhsil işçilərini narahat edirdi. Beləliklə, qərar gərginliyi bir qədər azaldır. Fevral ayından dö


23.02.2023 - 11:23

Kreditlərin də faizləri artır? - FOTO

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilib. Buna qədər isə yeddi il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi. Ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə tutulan bu


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41