Çərşənbə, 01 May

Hər 4 nəfərdən biri işsiz qalacaq - Təhlükəli PROQNOZ

image

Növbəti beş il ərzində süni intellekt (süni zəka) dünyadakı iş yerlərinin təxminən dörddə birini əvəz edəcək.

Xəbər verilir ki, bu barədə "Bloomberg" agentliyi Dünya Bankının (DB) hesabatına istinadən məlumat yayıb.

DB hesab edir ki, ilkin mərhələdə süni intellektin tətbiqi əmək bazarında pozulmalara gətirib çıxaracaq. Buna baxmayaraq, ümumilikdə qarşıdakı beş ildə əksər yeni texnologiyaların əmək bazarına təsiri müsbət olacaq. 

Həmçinin qeyd olunub ki, kibertəhlükəsizlik, böyük verilənlər (big data) və davamlı idarəetmə texnologiyaları üzrə mütəxəssislərə ehtiyac dünyada məşğulluğun artmasına səbəb olacaq.

Hesabatda bildirilib ki, "ChatGPT" kimi texnologiyaların yaranması proseslərin əlaqələndirilməsi və koordinasiyası ilə əlaqəli vəzifələri avtomatlaşdıracaq və bu sahədə çalışan insanları əvəz edəcək.

Dünya Bankının sorğusuna qatılan 800 şirkətin təxminən 75%-i qarşıdakı beş il ərzində süni intellektdən istifadə edəcəklərini bildirib. Onların hesablamalarına əsasən, süni intellektin tətbiqi ilə 26 milyona qədər iş yeri ixtisar olunacaq. İxtisarlar inzibati vəzifələrdə çalışanlara, o cümlədən kassir və mühasiblərə şamil ediləcək.

Dünya Bankının ekspertləri deyir ki, hazırda makroiqtisadi amillər də məşğulluğa təsir edir. Belə ki, iqtisadi artımın yavaşlaması, təklifin olmaması və inflyasiya iş yerlərində ixtisarlara səbəb olur.

Bank hesab edir ki, ekoloji cəhətdən təmiz texnologiyalara keçidə yatırılan investisiyalar, qlobal təchizat zəncirlərinin yenidən qurulması və rəqəmsallaşma hesabına yeni iş yerləri yaradılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42