Şənbə, 18 May

Axtarış

dollar” üzrə 1351 nəticə tapıldı

17.09.2022 - 21:00

Əri Hadisəyə hədiyyə etdiyi qızılları geri istəyib - İDDİA

Aprel aydında Çırağan sarayında ailə arasında təşkil edilən nikah mərasimi ilə evlənən Hadisə və Mehmet Dinçerlər cütlüyünün xoşbəxtliyi çox çəkməyib. Xəbər verilir ki,  Dinçerlərin psixoloji təzyiqi altında olduğunu deyən Hadisə vəkili vasitəsilə boşanma iddiası qaldırıb. Məhkəməyə təqdim edilən ərizədə Hadisə Açıkgözlə Mehmet Dinçerlərin 30 aprel 2022-ci ildə evləndiyi, Dinç


17.09.2022 - 14:56

Azərbaycanın ən çox ixrac edilən meyvə-tərəvəz məhsulları AÇIQLANDI

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 408 milyon 242 min 300 ABŞ dolları dəyərində 383 296,07 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib. Bildirilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12% artıb, həcmi isə 2,7% azalıb. Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma,


17.09.2022 - 12:31

Azərbaycana elektromobillərin idxalı kəskin ARTDI

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 657 980,24 min ABŞ dolları dəyərində 49 245 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,1% çox və 12,6% azdır. Xəbər verilir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən cari ilin ilk səkkiz ayında ölkəyə 521 616,77 min dollar dəyərində 45 519 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat


17.09.2022 - 10:32

Şəhriyar üçüncü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” turniri başa çatıb. Xəbər verilir ki, bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub. Qeyd edək ki, hazırkı müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.


17.09.2022 - 09:28

Çində dünyanın ən sürətli elektromobili yaradıldı - FOTO

Çinin GAC şirkəti “Aion Hyper SSR” adlı elektrik hiperkarını təqdim edib. O, bazara iki versiyada çıxacaq. Onlardan ən güclüsü 1225 at gücü hasil edəcək və 1,9 saniyəyə saatda 100 kilometr sürət yığacaq. Elektromobil 900 voltluq akkumulyator, minimalist interyer və süni intellektə malik qabaqcıl elektronika ilə təəchiz ediləcək. “Aion Hyper SSR”in Çin bazarında satışı gələn ildən başlayacaq. Onun alışı təxminən 313 min dollara başa gələcək.  


16.09.2022 - 10:40

ABŞ-dan Ukraynaya 600 milyonluq hərbi yardım

ABŞ Prezidenti Co Bayden Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketi ayrılmağı barədə tapşırıq verıb. Xəbər verilir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Yardım paketinə HİMARS yaylım atəşli reaktiv sistemləri, PUA-larla mübarizə sistemləri, yüksək dəqiqlikli mərmilər və radarlar daxildir.


15.09.2022 - 20:56

8 milyonu Ziyad Səmədzadə alıb, qərarları Zakir Qaralov verib — Generaldan ŞOK AÇIQLAMALAR

Generaldan şok açıqlamalar: 8 milyonu Ziyad Səmədzadə alıb, qərarları Zakir Qaralov verib. Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə


15.09.2022 - 12:07

Putindən sülh çağırışına CAVAB GƏLDİ – 90 dəqiqəlik danışığın detalları

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibənin gedişatı dəyişib. Ukrayna ordusunun müxtəlif nöqtələrdən hücumlarını davam etdirdiyi bir vaxtda Rusiya qüvvələri ilk dəfə olaraq müdafiə mövqeyindədir. Xəbər verilir ki, 200 günü geridə qoyan müharibəni dayandırmaq üçün diplomatik səylər davam edir. Bu çərçivədə Putinlə əlaqə saxlayan Almaniya kansleri Olaf Şolz 90 dəqiqəlik telefon danışığı


14.09.2022 - 17:00

Özbəkistan Kərimovanın oğurladığı pulları Rusiya ilə bölür – Ədliyyə naziri açıqladı...

Moskvada keçmiş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızına məxsus 6 mənzil Rusiya məhkəməsi tərəfindən müsadirə olunub. Xəbər verilir ki, Özbəkistanın ədliyyə naziri Muzraf İkramov bu mənzillərin satışından əldə olunan vəsaitin Moskva və Daşkənd arasında bərabər bölünəcəyini açıqlayıb. Fevralın əvvəllərində Özbəkistanın ədliyyə naziri demişdi ki, hökumət Gülnarə Kə


09.09.2022 - 19:17

“Bitcoin” 10 faizdən çox bahalaşdı

Bugünkü ticarət zamanı bitkoinin dəyəri 10 faizdən çox artıb. Bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 18:16-ya olan məlumata görə, ən populyar kriptovalyutanın dəyəri kəskin artımdan sonra 21 107 ABŞ dolları təşkil edib. Eyni zamanda, gün ərzində pik dəyər 21 239 ABŞ dolları olub.


09.09.2022 - 17:00

Ukraynanın bərpası üçün lazım olan vəsait açıqlandı

Avropa Komissiyası, Kiyev hakimiyyəti və Dünya Bankı Ukraynanın bərpasına lazım olan vəsaiti hesablayıblar. Xəbər verilir ki, qeyd olunan rəqəm üç tərəfin cümə günü Avropa Komissiyasının saytında dərc olunmuş birgə bəyanatında yer alıb. “Ukrayna hökuməti, Avropa Komissiyası və Dünya Bankı tərəfdaşları ilə birgə Ukraynanın yenidən qurulması və bərpası üçün lazım olan vəsaiti 349 milyard dollar həcmində qiymətlə


09.09.2022 - 16:00

Ukrayna Rusiyadan 300 milyard dollar təzminat tələb edir

Ukrayna müharibə ilə bağlı Rusiyadan ən azı 300 milyard dollar (510 milyard manat) məbləğində təzminat almaq istəyir. Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir. Bu barədə Almaniyanın “Funke” media qrupunun nəşrlərinə müsahibəsində Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib. “Biz Rusiyanın aqressiv müharibəsi


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41