Çərşənbə, 24 Aprel

Əri Hadisəyə hədiyyə etdiyi qızılları geri istəyib - İDDİA

image

Aprel aydında Çırağan sarayında ailə arasında təşkil edilən nikah mərasimi ilə evlənən Hadisə və Mehmet Dinçerlər cütlüyünün xoşbəxtliyi çox çəkməyib.

Xəbər verilir ki,  Dinçerlərin psixoloji təzyiqi altında olduğunu deyən Hadisə vəkili vasitəsilə boşanma iddiası qaldırıb.

Məhkəməyə təqdim edilən ərizədə Hadisə Açıkgözlə Mehmet Dinçerlərin 30 aprel 2022-ci ildə evləndiyi, Dinçerlərin evliliyindən qısa müddət sonra Hadisənin sənət həyatını məhdudlaşdırmağa yönəlmiş rəftar və davranışlara başladığı bildirilib.

Boşanma qərarından sonra Mehmet Dinçerlərin Hadisəyə təklif etdiyi 3 milyon TL-lik üzüyü və toyda taxdığı qızılları geri istədiyi iddia edilib. Mövzu ilə bağlı açıqlama verən Dinçerler, iddiaları qətiyyətlə rədd edərək, "Mənə edilən aidiyyətlər haqsızdır. Münasibətimiz dövründə Hadisənin sənət həyatına ən çox dəstək verən şəxs mən idim. Onun konsertlərini ailəmlə birlikdə İstanbuldan izlədim. Bu səbəbdən iddialar məni təəccübləndirdi. Evliliyimizi bitirmək qərarı ümumi idi. Bu, bizim fikrimizdir. Hadisədən heç bir xahişim olmadı. Öz dünyama qayıtmaq üçün hər kəsdən hörmət diləyirəm", -deyə açıqlama verib. 

Lakin yayılan iddialarından sonra Dinçerlərin toyda Hadisəyə taxdığı zinət əşyaları maraq mövzusuna çevrilib. "2-ci Səhifə" proqramının xəbərinə görə; Ailə arasında keçirilən mərasimdə Hadisəyə dünyaca məşhur markadan 75 min dollarlıq qolbaq,  1 ədəd brilliant boyunbağı və ümumi dəyəri 250 min TL olan bilərziklər hədiyyə edilib.

Toydan sonra Hadisə ilə Mehmet Dinçerler İbrahim Çelikkolun Rivada kirayəsi 50 min TL olan evində yaşamağa başlayıblar. Ayrılıq qərarından sonra Mehmet Dinçerler evi tərk edib. Bütün əşyalarını dəyişməyə hazırlaşan Hadisə kirayə müqaviləsini öz üzərinə götürdükdən sonra eyni evdə yaşamağa davam edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33