Cümə axşamı, 16 May

Axtarış

covid19” üzrə 1055 nəticə tapıldı

10.09.2021 - 11:17

Yenidoğulmuş körpə koronavirusun qurbanı oldu

Ukraynada yenidoğulmuş körpə koronavirus infeksiyası səbəbiylə yaranan ağciyər çatışmazlığından ölüb. Xəbər verilir ki, o, COVID-19-a ana bətnində yoluxub. Dünyaya gələndən 14 gün sonra körpə qız nəfəs darlığı, intoksikasiya və yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Dərhal intubasiya edilsə də həkimlər körpənin həyatını xilas edə bilməyiblər. O, Ukraynada koronavirusun ən gənc qurbanı olub.


09.09.2021 - 16:59

Yaqub Zurufçu koronavirusa yoluxub, reanimasiyaya yerləşdirilib

Əməkdar artist Yaqub Zurufçu koronavirusa (COVID-19) yoluxub. Bu barədə müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O, sənətçinin hazırda “Yeni Klinika”nın reanimasiya şöbəsində müalicə olunduğunu deyib: “Həkimlər əllərindən gələni edirlər, lakin vəziyyəti heç də yaxşı deyil”.


09.09.2021 - 14:36

Peyvənd olunmayan müəllimlər məktəbə buraxılmayacaq

Yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır. Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya


09.09.2021 - 09:55

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 223 436 470 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 610 315 xəstə ölüb, 199 951 934 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (41 397 587nəfər), Hindistan (33 139 981 nəfər), Braziliya (20 928 008 nəfər), Böyük Britaniya (7 094 592 nəfər) və Rusiyadır (7 065 904). Türkiyədə  6 566 568 , İranda 5 210 978, Gürcüstanda 570 493, Ermənistanda isə 246 410 nəfərdə koronavirus aşkar edilib. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ö


08.09.2021 - 20:01

"Mü" ştammı haqqında nəyi bilməliyik

Koronavirisun "Mü" ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkarlanıb. Hazırda dünyanın 43 ölkəsində bu ştamma yoluxma müşahidə edilir. "Mü" Çilidə daha çox yayılıb. Orada COVID-ə yoluxanların 40 faizini "Mü" ştammı təşkil edir. Bu rəqəm Kolumbiyada 39, Ekvadorda isə 13 faizdir. Artıq qonşu Türkiyədə iki nəfərdə yeni ştamma yoluxma aşkar edilib. Həkim-infeksionist Vüqar Cavadzadə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının "Mü" variantını izlə


08.09.2021 - 18:19

Elmi tədiqiqatın nəticəsi - Vaksin koronavirusun sonrakı ştamlarından qoruyur

Amerikada çıxan “Science Advances” elmi nəşrində dərc edilmiş tədqiqatda göstərilir ki, COVID-19-un ağır formasını keçirmiş və sonradan virusa qarşı vaksinasiya edilmiş insanların koronavirusun sonrakı ştamlarına, o cümlədən “Delta” ştamına yoluxma riski daha aşağı ola bilər. COVID-19-a yoluxmuş xəstələrin və tam vaksinlənmiş tibb işçilərinin qan nümunələri göstərir ki, bu insanların immun sisteminin koronavirusun “Alfa” variantına, həmçinin ilk də


08.09.2021 - 17:53

İranda daha 538 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 538 nəfər koronavirusdan (COVID-19) ölüb. Xəbər verilir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 112430 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 26854 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5210978 nəfərə çatıb.


08.09.2021 - 15:17

Almaniya "Sinovac"la peyvənd olunan İran vətəndaşlarını ölkəyə buraxmadı

Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin "Sinovac" vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb. Xəbər verilir ki, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı "Sinovac" peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb. Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan


08.09.2021 - 14:53

Azərbaycanda yeniyetmələrin vaksinasiyasına başlanıldı - Mərkəzdən AÇIQLAMA

Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulmasına başlanılıb. Məlumata görə, vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzində, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub: “Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir


08.09.2021 - 10:14

“Mu” ştammı ABŞ-ın 49 ştatına yayıldı

Yeni növ koronavirusun (COVID-19) “Mu” ştammı ABŞ-ın 49 ştatında aşkarlanıb. Xəbər verilir ki, bu barədə “Daily News” nəşri yazıb. “Mu” ştammı ABŞ-ın Havay və Alyaska da daxil olmaqla 49 ştatında aşkar edilib. Nebraska yeni ştammın hələ qeydə alınmadığı yeganə ştatdır. “Delta” variantından daha yoluxucu və peyvəndlərə müqavimət göstərmək potensialına malik olduğu iddia edilən “Mu” ştammı ilk dəfə yanvar ayında Kolumbiyada


07.09.2021 - 20:55

Azərbaycanda koronavirusa yoluxma statistikası AÇIQLANDI

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Xəbər verilir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.6 faiz, Abşeronda yoluxma 13.3 faiz, Aranda 11.8 faiz , Gəncə-Qazaxda 6.9 faiz, Şəki-Zaqatalada 3.7 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.6 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faizdir. Magistraturaya II turda uğur qazananların elektron qeydiyyatı başlayır. Başlıbelin 12 sakininin meyit qalıqlarının kimə aid olması müəyyənləşib, onlar əvvəlki yerdə ayrı-ayrı


07.09.2021 - 19:20

Əhalinin 43 faiz vaksinasiya olunub

Azərbaycanda vaksinasiya olunanların statistikası açıqlanıb. Xəbər verilir ki, bu barədə "koronavirusinfo.az"da məlumat yayılıb. İndiyədək əhalinin 43 faiz vaksinasiya olunub, 57 faiz isə prosesdən kənarda qalıb.


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00