Çərşənbə axşamı, 14 May

Elmi tədiqiqatın nəticəsi - Vaksin koronavirusun sonrakı ştamlarından qoruyur

image

Amerikada çıxan “Science Advances” elmi nəşrində dərc edilmiş tədqiqatda göstərilir ki, COVID-19-un ağır formasını keçirmiş və sonradan virusa qarşı vaksinasiya edilmiş insanların koronavirusun sonrakı ştamlarına, o cümlədən “Delta” ştamına yoluxma riski daha aşağı ola bilər.

COVID-19-a yoluxmuş xəstələrin və tam vaksinlənmiş tibb işçilərinin qan nümunələri göstərir ki, bu insanların immun sisteminin koronavirusun “Alfa” variantına, həmçinin ilk dəfə Cənubi Afrikada və Braziliyada aşkar edilmiş “Beta” və “Qamma” ştamlarına cavabı aşağı səviyyədədir.

Xəbər verilir ki, araşdırmanın müəlliflərindən biri olan Tom Kaniyels deyib: “COVID-19-u yüngül formada keçirmiş insanlarda virus variantlarının tanınması üçün anticisimlər lazımi səviyyədə deyil, buna görə də onlar koronavirusa və onun varinatlarına immun cavabını gücləndirmək üçün yəqin ki, vaksinasiya edilməli olacaqlar”.

Hazırda ehtimal olunur ki, Birləşmiş Ştatlarda COVID-19-a qarşı əlçatan olan, “Johnson & Johnson”, “Moderna” və “Pfizer-BioNTech” şirkətlərinin istehsal etdiyi vaksinlər koronavirusun Uhanda aşkar olunmuş ilkin ştamından 80-90 faiz qorunmanı təmin edir. Bununla belə, həmin vaksinlər virusun yeni variantlarına, o cümlədən hazırda ABŞ-da və digər qərb ölkələrində geniş yayılmış “Delta” ştamına qarşı lazımınca effektiv olmaya bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00