Şənbə, 18 May

Axtarış

cavab” üzrə 2603 nəticə tapıldı

16.02.2022 - 09:21

Ukrayna NATO-ya müraciət edərək hərbi yardım istədi

NATO Ukraynadan yardım barədə müraciət alıb. Bu barədə alyansın bəyanatında bildirilib. Qeyd olunub ki, müraciətdə “mülki əhaliyə təsir edə biləcək müxtəlif xarakterli fövqəladə hallar”ın baş verəcə biləcəyi halda yardıma ehtiyacın yaranacağı qeyd edilib. Beynəlxalq yardım barədə müraciət 15 fevral 2022-ci il tarixində Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinə (EADRCC) daxil olub. Bu qurum NATO-nun Avro-Atlantik regionda əsasə


16.02.2022 - 09:00

Peskov ukraynalılara səsləndi - “Zəngli saatlarınızı qurun”

Kreml bir sıra Qərb KİV-nin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərlərinə istehzalı şəkildə reaksiya verib. Xəbər verilir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara müraciət edərək zəngli saatları qurmağı və və bunu öz gözləri ilə görməyi məsləhət bilib.  Britaniya nəşrlərinin məlumatına görə, hücum gecə saat 3-də baş verəcək. Öz növbəsində “Mirror”


15.02.2022 - 20:08

Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz hansı işləri görüb? — Məhkəmədə qalmaqallı ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəbərə görə, Bakı Hərbi Məhkə


15.02.2022 - 18:47

7 günlük karantin hansı andan hesablanır?

Azərbaycanda koronavirusun aşkarlanması üçün götürülən analiz nümunələrinin nəticələri bəzən bir günə bəlli olsa da, 3-4 gün gecikmələr də müşahidə olunur. Test cavabları aydın olana qədər müddət ərzində isə yoluxmuş şəxs ictimai məkanlarda olur və bu səbəbdən yoluxma sayında artım müşahidə edilir. Bəs karantin müddəti necə təyin olunur və hansı andan etibarən hesablanır?


15.02.2022 - 17:01

Nəcməddin Sadıqov: "Ermənistanın Baş qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb dedi ki..." 

Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyin altında çoxlu sayda — Çox Uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Əməliyyatlar çox uğurlu o odeməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir. Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliym altında, düşmənin nəzarəti altında olan Buzqov


15.02.2022 - 15:57

Kanada Ukraynaya yeni silahlar göndərəcək

Kanada Rusiyadan gələn təhlükə fonunda Ukraynaya yeni silahlar göndərmək qərarına gəlib. Xəbər verilir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo bildirib. O deyib ki, silahların tədarükü Kiyevin müraciətinə cavabdır: "Vəziyyətin ciddiliyini nəzərə alaraq ukraynalı tərəfdaşlarımızla danışıqlardan sonra mən 7,8 milyon dollar məbləğində silah-sursatın Ukraynaya verilməsini təsdiqlədim". Ukraynaya silahların göndərilməsini


15.02.2022 - 12:49

Ramiz Mehdiyev müxalifətlə birləşir? - ŞOK İDDİALAR

AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb. AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib. O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul


15.02.2022 - 11:26

Ermənistan Kəlbəcər və Tovuzu ATƏŞƏ TUTDU

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı


14.02.2022 - 19:52

Azərbaycan diplomatlarını Kiyevdən geri çağıracaq?

“Rusiya və Ukrayna arasındakı ziddiyətlər pik nöqtəsinə çatıb. Qarşıdurma mühiti o qədər dərinləşib ki, artıq ayrı-ayrı ekspertlər səviyyəsində deyil, dövlət başçıları müharibəni labüd sayırlar”. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, Ukrayna ətrafında cövlan edən hadisələrə toxunaraq müharibənin fevralın 16-da başlayacağı iddiasını şərh edib: “ABŞ prezidenti Co


14.02.2022 - 12:51

Deputat: “Nəcməddin Sadıkov haqqında söz-söhbətlər gedir, deyirlər ki...”

"Hansı qurumda işləməsindən asılı olmayaraq, qanunu pozan hər kəs gec, ya tez cəzasını çəkməlidir. Müdafiə Nazirliyində müxtəlif istiqamətli araşdırmalar aparılır, hərbi əməliyyatlar zamanı baş verən, həmçinin təminat-təchizat məsələləri ilə bağlı müəyyən qanun pozuntuları araşdırılır. Son dövrlərdə isə cəmiyyətdə də xüsusi narazılıqla qarşılanan və müzakirə edilə


14.02.2022 - 09:00

Polisin Aydın Babayevi məhv etməsi zəruri idimi? - DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, dünən sevgilisinə bıçaqla xəsarət yetirdiyi üçün onu şöbəyə dəvət edən iki polis əməkdaşını bıçaqlayan Aydın Babayev bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilərək məhv edilib. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı ilkin


13.02.2022 - 21:30

Ukraynanın Rusiyaya verdiyi 48 saat bitdi - FOTO

Ukrayna Rusiya və Vyana sənədinin digər iştirakçı dövlətləri ilə təcili görüş tələb edib. Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba məlumat verib. Tələb Ukraynanın öz sərhədləri yaxınlığında hərbi fəaliyyətin təfərrüatını açıqlamaq üçün Rusiyaya göndərdiyi sorğu üzrə verilən müddətin başa çatmasından sonra səsləndirilib. "Rusiya bizim Vyana Sənədi ü


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41