Çərşənbə axşamı, 23 Aprel

Ramiz Mehdiyev müxalifətlə birləşir? - ŞOK İDDİALAR

image

AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb.

AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiyev bildirib ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.

Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?

İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib.  Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.

Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Hətta onu özləri üçün lider elan edə bilərlər”

ALDP rəhbəri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmir: “Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı  dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar. 

Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor  məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “O, təkbaşına öz işinin öhdəsindən gəlməyi bacarır”

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bu birləşməni mümkünsüz qəbul edir: “Zənn etmirəm ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev hansısa müxalifət partiyası ilə birləşsin. Akademik hələ ki təkbaşına öz işinin öhdəsindən gəlməyi bacarır. Onun müxalifətlə birləşməsi, yaxud da hansısa əlaqəyə girməsi siyasi intihara səbəb olardı. Onun hücum və özünümüdafiə taktikası çox hiyləgərcəsinə və düşünülmüş şəkildədir.

Bir tərəfdən deyir ki, mərhum prezident Heydər Əliyev və onun varisi İlham Əliyevə sadiqəm, amma digər tərəfdən isə onların qurduğu siyasi sistemi açıq-aşkar hədəf alır. Parlamentə və deputatlara ”saxta" deyir, ayrı-ayrı məmurları və dövlət strukturlarını bu və ya digər şəkildə ciddi ittiham edir. Məncə, onun müxalifətlə birləşməsi hakimiyyətdaxili qruplaşmaların dəstəyindən də məhrum edə bilər. Digər tərəfdən, düşünmürəm ki, hansısa müxalifət partiyası hakimiyyətə qarşı “vabank” gedən Ramiz Mehdiyevlə əlaqə quraraq özünü zərbə altında qoysun. Yəni müxalifət düşərgəsinin də, hətta siz dediyiniz radikal müxalifətin də R.Mehdiyevlə birləşməsini mümkün hesab etmirəm.

Buna baxmayaraq, bu qarşıdurmalardan yararlanıb proseslərin daha da şiddətlənməsini maraqla izləyəcəklər. Təbii ki, müxalifətin müəyyən kəsimi və maraqlı qüvvələr Ramiz Mehdiyevin daha da qızışmasına və daha sərt davranışlar sərgiləməsinə çalışacaq. Fikrimcə, akademiki radikallaşdıran həm də hakimiyyət daxilindəki bəzi qruplaşmalardır. İqtidar bu qruplaşmanın qabağını ala bilməsə hadisələr daha çirkin xarakter ala və təhlükəli fazaya keçə bilər".

REAL-ın icraçı katibi Natiq Cəfərli isə dedi:“İndi çox həssas, həm də unikal bir şans yaranıb. Postsovet məkanında çox ciddi proseslər gedir. Ukrayna hadisələri ciddi suallar yaradır ki, proseslər necə sonluqla nəticələnəcək. Bir sözlə, postsovet məkanının yenidən Rusiyanın əsarətinə keçməsinə cəhdlər olunur. Belə bir şəraitdə Azərbaycanda ”beşinci kolon"un quyusunun birdəfəlik qazılması üçün unikal bir şans yaranıb. Uzun illər davam edən iqtidar-müxalifət münasibətlərinin nəyə xidmət etdiyini iqtidar çox yaxşı bilir.

İndi iqtidarın boynunun borcudur ki, bu məsələləri tam şəffaf şəkildə əhaliyə çatdırsın. Burada hakimiyyətin özü də çox maraqlı olmalıdır. 2000-ci il seçkilərində nə baş verdi? Niyə Müsavatın haqlı qələbəsi əlindən alındı? Nə üçün AXCP ilə gizli müqavilələr imzalandı? Nədən onlar parlamentə buraxıldı? Hansı anlaşmalar, danışıqlar olub? Niyə 2013-cü ildə “Milyarderlər İttifaqı” və Milli Şura Rusiyanın əlində bir alətə çevrildi?

Azərbaycana təzyiq vasitəsi kimi bunlardan istifadə etdilər? Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov namizəd göstərildi? Bütün bu sualların cavabını iqtidar yaxşı bilir. İndi unikal şans yaranıb ki, bu sualların cavablarını açıqlasınlar. Bununla da Azərbaycan siyasi səhnəsi təmizlənəcək. Görünən odur ki, son olaylarda məqsədli şəkildə hədəfin yayındırılmasına cəhdlər var. Əsasən də rusdilli mediada Qərbin burada inqilab etmək isterikası yaradılır. Rusiyanın buradakı “5-ci kolon”unun tamamilə sıradan çıxarılması şansı baltalanır. Yaranan bu şansı əldən verməməliyik".

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Natiq Cəfərli: “Nə üçün AXCP ilə gizli müqavilələr imzalandı?”

ADP sədri Sərdar Cəlaloğlu Azpolitika.info saytına açıqlamasında bu məsələyə də dolayısı ilə toxunub: “Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur.

”Avtobus müxalifəti" ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.

Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37