Bazar, 19 May

Axtarış

avtomobillər” üzrə 544 nəticə tapıldı

08.09.2023 - 12:08

Vəzifəli şəxsin oğlu həbs edildi

Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə həbs edilib. Əldə etdiyimiz məlumata görə, barəsində Cinayət Məcəslləsinin 178.3.3-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılan Ş.Cəfərzadə ilə bağlı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, Şamil Cəfərzadədən dayı


05.09.2023 - 18:05

Taksi sürücülərinə şəhadətnamələr təqdim olunub

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadə


03.09.2023 - 17:55

Ələt-Astara yolunda qəza: Yaralananlar var

Ələt-Astara avtomobil yolunda yol qəzası baş verib. Məlumata görə, hadisə yolun 105-ci km-də qeydə alınıb. "Nissan" markalı minik avtomobili maneəyə çırpılması nəticəsində yaralılar var. Əraziyə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


28.08.2023 - 12:52

Ata və oğulun avtomobillərinin toqquşduğu qəza ilə bağlı DYP-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb. BDYPİ-dən bildirilib ki, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi "VAZ-2107" markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün


22.08.2023 - 21:39

Qeydiyyat nişanının dəyişdirilməsi 50 yoxsa, 30 manatdır? - VİDEO

Avtomobillərin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsinin 30 manatdan çox olduğu barədə xəbərlər yayılıb. Xəbər verilir ki, dövlət rüsumu 30 manat olduğu halda, sürücülər 50 manat verdiklərini iddia edirlər. Söhbət avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsinin rüsumundan gedir. Bu xəbərdən sonra, avtomobilin dövlət qeydiyyat niş


20.08.2023 - 11:40

Bakıda bu yol tam bağlandı

Bu gündən Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanıb. Xəbər verilir ki, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Məhdudiyyət Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər ("Sahil" metrostansiyası yaxınlığında)


18.08.2023 - 13:45

Azərbaycanda taksi fəaliyyəti üçün yeni RÜSUMLAR

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Xəbər verilir ki, yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün


13.08.2023 - 08:56

Bu məhsulların qiyməti KƏSKİN artdı

“Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu, 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. 2022-ci ilin ilk yarısında isə ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun


11.08.2023 - 14:13

DİQQƏT: Bu yol 8 saat bağlı olacaq

Xocəsən–Lökbatan avtomobil yolunda avtomobillərin hərəkəti 8 saatlıq məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, məhdudlaşdırma Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 6:00-a qədər yolun sözügedən hissə


11.08.2023 - 12:50

Naxçıvanda ağır yol qəzası: Sürücülər yaralandı (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Xəbər verilir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin


10.08.2023 - 11:37

Bu nazirliklər avtomobillərini ucuz qiymətə satır - SİYAHI

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır. Xəbər verilir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac avqustun 15-də baş tutacaq. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir: Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti


10.08.2023 - 09:21

Moped idarə edənlərə xəbərdarlıq

Son zamanlar moped sürücülərinin şikayətləri sosial şəbəkələrdə gündəm olub. Xəbər verilir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqust ayının 1-dən etibarən “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyin icrası ilə əlaqədar, dövlət qeydiyyatı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41