Bazar, 05 May

Axtarış

avtomobil” üzrə 2081 nəticə tapıldı

12.03.2024 - 10:08

İstanbulda faciə - Ölənlər var

İstanbulun Bakırköy qəsəbəsində yük maşını yerüstü keçidə çırpılaraq avtomobilin üzərinə aşıb. Xəbər verilir ki, qəza nəticəsində 4 nəfər ölüb. Hadisə yerinə xilasetmə, təcili tibbi yardım briqadası göndərilib.


12.03.2024 - 09:45

2024-cü ilin ən yaxşı qadın avtomobili bəlli oldu - FOTO

2024-cü ilin ən yaxşı “qadın avtomobili” seçilib. Bu dəfə sürücülərin rəğbəti böyük elektromobilin - yeddi nəfərlik “KIA EV9”un tərəfində olub. Qadınların Ümumdünya Avtomobili (WWCOTY) müsabiqəsinin münsiflər heyətinin üzvləri olan avtomobil jurnalistləri Cənubi Koreya krossoverini geniş salona, ​​təsirli aerodinamikaya, qabaqcıl dizayna və sürətli enerji dolumuna görə tərifləyiblər. Avtomobilin 240 kilometr məsafəyə gedişini təmin


11.03.2024 - 17:32

“28 May”ın qarşısına avtomobillərin girişi niyə qadağan edildi?

Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat


11.03.2024 - 15:25

747-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 747-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Xəbər verilir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 424 980 hərbçi, 6 739 ədəd tank, 12 874 ədəd zirehli döyüş maşını, 10 499 ədəd artilleriya sistemi, 1016 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 711 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 826 ədəd avtomobil texnikası, 8 141 ədəd PUA, 1 919 qanadlı


11.03.2024 - 09:16

Sabahdan “28 May”ın qarşısına maşınlar buraxılmayacaq

“Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq”.  Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq”.


11.03.2024 - 08:57

Dayanma-durma ilə bağlı cəzalar sərtləşdirilir

“Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.  Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.   O bildirib ki, bir çox hallarda şəhərimizdə müşahidə olunan problemlər qayda pozuntularının özündən qaynaqlanan məsələlərdir: “Burada nəinki


10.03.2024 - 10:25

Bakıda “Prius” avtobusa çırpıldı

Bakıda "Toyota Prius" markalı avtomobilin avtobusla toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.  Hadisə səhər saatlarında "28 May” metrosunun yaxınlığında qeydə alınıb.  Qəzada xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.


09.03.2024 - 16:40

Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var

Astara rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.


07.03.2024 - 15:44

“Nikosayağı” cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xəbər verilir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib ki, bu da müzakirələrə səbəb olub. Belə ki, bir çoxları məntəqə tipli müəssisədə saxlanılma şəraiti


07.03.2024 - 12:59

Ağstafada avtomobil piyadanı vurdu

Ağstafa rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xəbər verilir ki, Ağstafa rayonunun Qırılı kənd sakini 59 yaşlı Abbasov Mətləb Tofiq oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


05.03.2024 - 13:06

Vacib XƏBƏRDARLIQ: Bu maşınları almayın, tez xarab olur 

Bir çox avtomobil alıcıları Çinin istehsal etdiyi nəqliyyat vasitələrini almağa üstünlük verirlər. Lakin sonradan bu maşınlarda bir sıra problemlər ortaya çıxır. Maraqlıdır, nasazlıqların səbəbi həmin avtomobillərin “çin malı” olmasıdır, yoxsa alıcıların bilmədiyi başqa məqamlar var?  Mövzu barədə danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev birbaşa ölkəyə idxal


04.03.2024 - 14:56

“ZEEKR” brendi artıq rəsmi olaraq Azərbaycanda! - FOTO

Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “Efendiler Group” 22 oktyabr 2023-cü ildə “ZEEKR” avtomobil brendi ilə distribütorluq müqaviləsi imzalamışdı. Artıq bu gündən etibarən də “ZEEKR Bakı Mərkəzi” rəsmi olaraq fəaliyyətinə başlayıb. Sərgi salonunda 49 900 dollardan başlayan qiymətlər ilə 001, 36 500 dollardan başlayaraq X və 77500 dollar qiymətinə isə 009 modelləri təqdim olunub. Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələ


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15