Çərşənbə axşamı, 30 Aprel

Vacib XƏBƏRDARLIQ: Bu maşınları almayın, tez xarab olur 

image

Bir çox avtomobil alıcıları Çinin istehsal etdiyi nəqliyyat vasitələrini almağa üstünlük verirlər. Lakin sonradan bu maşınlarda bir sıra problemlər ortaya çıxır. Maraqlıdır, nasazlıqların səbəbi həmin avtomobillərin “çin malı” olmasıdır, yoxsa alıcıların bilmədiyi başqa məqamlar var? 

Mövzu barədə danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev birbaşa ölkəyə idxal olunan Çin avtomobillərində yaşanan problemlərin əsas səbəbini açıqlayıb: 

“Son zamanlar Çindən alınan avtomobillərdə nasazlıq və problemlərin olduğu deyilir. Bəzi dillerlərdə bu avtomobillərə məxsus ehtiyat hissələrinin çatışmazlığı da vaxtilə müşahidə olunub, amma bunlar aradan qaldırılıb. İndi isə bir sıra problemlərin meydana gəldiyi görünür. Bununla bağlı bizə də müraciətlər daxil olur. Belə problemlərlə əsasən adi insanlar tərəfindən ölkəyə gətirilən nəqliyyat vasitələrində sıx qarşılaşmaq mümkündür. Paralel import vasitəsilə alınan maşınlar həmin məsələdə üstünlük təşkil edir. Bunun da səbəbi Çin bazarı üçün istehsal olunan avtomobillərdir”. 

Ekspert bu cür maşınların Azərbaycandakı şəraitə uyğun olmadığını qeyd edib: 

“Azərbaycandakı yol, hava şəraiti və yanacaq növü Çin istehsalı olan avtomobillərə görə fərqlidir ki, bu uyğunluq olmadıqda nəqliyyat vasitələri tezliklə sıradan çıxır, nasazlıq meydana gəlir. Ölkəyə rəsmi idxalçısı olmayan avtomobil gətirdikdə, yarana biləcək nasazlıqlardan savayı, servis xidməti və ehtiyat hissələrinin mövcudluğunda da problemlər yaşanır. Bu isə maşında hər hansı kiçik problemin gözardı edilməsinə səbəb olur. Belə olduqda isə nasazlıq getdikcə böyüməyə, avtomobilin başqa hissələrini də sıradan çıxarmağa doğru yönəlir. Nəticədə digər fəsadlar üzə çıxır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42