Bazar ertəsi, 29 Aprel

Axtarış

XİN” üzrə 1459 nəticə tapıldı

13.04.2021 - 15:35

Serj Sarkisyanın qardaşı oğlu yenidən həbs edilib

Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbsi barədə qərar qəbul edib. Verilən xəbərə görə, bu barədə bu gün Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan “Facebook”da bildirib. Onun sözlərinə görə, ötən gün Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib. Belə ki, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və N.


13.04.2021 - 14:36

Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb

400 min manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb. Hesablama Palatasının Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair apardığı maliyyə auditinin nəticələri açıqlanıb. Sənəddə qeyd edilir ki, ATU-da hərbi həkim hazırlayan Hərbi tibbi fakültədə çalışan, lakin Müdafiə Nazirliyinin kontingenti olan, 2018-ci ildə 55 nəfər və 2019-cu ildə 50 nəfər inzibati


13.04.2021 - 10:56

“Baku Steel Company”də baş verən qəza ilə bağlı açıqlama

“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib. Xəbərə görə, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb. MMC-dən “Report”a bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb: “İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddır. Bu baxımdan təhlü


12.04.2021 - 15:16

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi “Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb. Xəbər verilir ki, məhkəmə baxışı 4 gün əvvəl - 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilib və növbəti iclas 05.05.2021-ci il saat 16:30-a təyin olunub. Məhkəmə iddiasının torpaq sahəsinin boşaldı


12.04.2021 - 12:33

İran XİN başçısı nüvə obyektində qəzaya görə İsraili günahlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Natanz Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzaya görə İsraili günahlandırıb. IRNA-nın verdiyi xəbərə görə, bu barədə Cavad Zərif parlamentin milli təhlükəsizlik komissiyası ilə görüşdə bildirib. “İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların


10.04.2021 - 18:45

Rus qırıcısı havaya qaldırıldı: ABŞ kəşfiyyatından həmlə

Bu gün Rusiyanın MiQ-31 qırıcısı Sakit okeanın neytral suları üzərində strateji kəşfiyyat təyyarəsinin ölkə sərhədlərinə yaxınlaşması səbəbindən havaya qaldırılıb. Xəbər verilir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin idarəetmə mərkəzi yayıb. “2021-ci ilin 10 aprel tarixində Sakit okeanın neytral suları üzərində Rusiya hava məkanına nəzarət cihazları ölkə sərhədinə yaxınlaşan hava hə


10.04.2021 - 17:07

Erməni qohumluğu olan məmurlar - Faktlar

Bir çox qurumlarda ayrı-ayrı məmurların törətdikləri cinayətlərə, oğurluqlara, korrupsiyaya, insanlarımızın dövlətdən narazı salınmasına yönələn əməllərə nəzər yetirəndə, istər-istəməz dilimizə “bunu erməni də eləməz” ifadəsi gəlir. Lakin bir qədər araşdırdıqdan sonra məlum olur ki, bu çirkinliklərin müəyyən bir qismi elə həqiqətən erməni qohumluğu, qarışığı


10.04.2021 - 16:15

Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri 

İstefaya göndərilən nazirlər və yüksək ranqlı məmurların komandası həbs edilir, özlərinə isə toxunulmur, istisna Səlim Müslümovdur; siyasilərin fikrincə, onlar yığdıqları sərvəti təhvil verməli olurlar və canlarını qurtarırlar, amma əlində kapital olanlar zərərsizləşdirilməlidir Azərbaycanda 2018-ci ildən başlanan əsaslı kadr dəyişiklikləri hökumətin məmur vitrinində ciddi yeniliklərlə nəzərə çarpır. Hakimiyyətin yüksək


10.04.2021 - 11:43

Abdin Fərzəliyevin qanunsuz əməlləri - FAKTLAR

Uzun müddətdir ki, mətbuatda Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev haqqında məlumatlar dərc edilir. 16 illik fəaliyyəti dövründə yol verdiyi yeyinti və korrupsiya faktlarının dərc olunmasına baxmayaraq Abdin Fərzəliyevin hələ də istintaqa cəlb edilməməsi isə bir çox müəmmalı məsələlərdən xəbər edir.  İcra hakimiyyətində müəmmalı intiharlar 2019-cu ilin sonlarında Nərimanov Rayon İcra Hakimiyyəti şö


10.04.2021 - 10:16

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. XİN-dən  verilən məlumata görə, C.Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu


09.04.2021 - 19:04

Rektorun oğlunun ölüm səbəbi bilindi

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.  Aldığımız məlumata görə,  F.Ələkbərli hemofiliya xəstəliyindən əziyyət çəkib. Mərhum uzun müddətdir ki, müalicə aldığı Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində


09.04.2021 - 18:43

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

İşdən çıxarılan daha bir direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib. Verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. İcraata götürülən məhkəmə prosesə hakim Mədinə Bağırova sədrlik edəcək.  Qeyd edək


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55