Bazar ertəsi, 06 May

Abdin Fərzəliyevin qanunsuz əməlləri - FAKTLAR

image

Uzun müddətdir ki, mətbuatda Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev haqqında məlumatlar dərc edilir. 16 illik fəaliyyəti dövründə yol verdiyi yeyinti və korrupsiya faktlarının dərc olunmasına baxmayaraq Abdin Fərzəliyevin hələ də istintaqa cəlb edilməməsi isə bir çox müəmmalı məsələlərdən xəbər edir. 

İcra hakimiyyətində müəmmalı intiharlar

2019-cu ilin sonlarında Nərimanov Rayon İcra Hakimiyyəti şöbə müdiri Elmar Əlizadənin intiharı və Təsərrüfat şöbəsinin müdiri Rafael Abdullayevin Azərbaycanı tərk edərək Ukraynaya qaçması ilə mətbuatın gündəminə gəlib. Belə ki, Rafael Abdullayevin qaçmamışdan əvvəl tutduğu vəzifəsindən azad edilmə səbəbi kimi onun vətəndaşları incitməsi, rayon ərazisində tikilən göydələn sahiblərinə qarşı dələduzluq etməsi göstərilirdi.

Elmar Əlizadənin özünü asaraq intihar etməsi hadisəsini isə İcra Hakimiyyəti tərəfindən ailə daxili münaqişə adlandırıldı. Eyni zamanda İcra hakimiyyətində çalışan Zülfüqar adlı şəxs və İcra başçısının sağ əli, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənovun şəxsi katibəsi də intihar edənlər sırasında idi. Hər üç şəxsin Nurlan Həsənovla birbaşa bağlantılı olması isə şübhələri artıran əsas amillərdən biridir.

Ötən müddət ərzində mətbuatda adı çəkilən şəxslərin intihar səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirildi. Belə ki, baş verən intiharların rayon icra hakimiyyətində baş verən maxinasiyalarla birbaşa bağlantılı olduğunu qeyd edilir. Bütün bu maxinasiyaların İcra Hakimiyyətinin şöbə müdiri Nurlan Həsənovla bağlı olduğunu və başında isə icra başçısı Abdin Fərzəliyev dayandığı qeyd olunur.

İcra başçısının qanunsuz əməlləri

Abdin Fərzəliyev 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edir. Ən çox şikayət olunan icra başçılarından biri olan Abdin Fərzəliyevin qanunsuz əməlləri ilə bağlı mətbuatda dəfələrlə silsilə materiallara yer verilib. Onunla bağlı əsas şikayətlər tiktinti və torpaq sahəsi ilə bağlı ciddi qanunsuz fəaliyyətlər həyata keçirməsi ilə bağlıdır. Rayonun müəyyən olunmuş hissələrində tikintiyə ica verilməsi üçün külli miqdarda rüşvət tələb edən ivra başçısı ancaq bu məbləğı təmin edən şirkətlər üçün tikinti icazasi təmin edib. Nərimanov rayonu ərazisində nəzərə tutulan pilot tikinti layihələri ancaq İcra başçısının maraqların uyğun gələn şirkətlərə həvalə edilib.

Məlumatlara görə, Abdin Fərzəliyev bu üsulla təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaitin mənimsənilməsini həyata keçirib. O, dəfələrlə mətbuata topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərclədiyini iddia edib. Reallıq isə belədir ki, Nərimanovda toplanan yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib.

Tikinti layihələrinin icrası zamanı da Abdin Fərzəliyev qanunsuz əməllərindən geri durmayıb. Nərimanov rayonu “Montin” qəsəbəsində həyət evlərinin söküntüsü zamanı icra başçısı Abdin Fərzəliyev prezidentin göstərişlərinə əməl etməyərək vətəndaşlara qarşı qanunsuzluğa və zorakı üsullara da əl atıb.

Abdin Fərzəliyevin bu cür rahatlıqla qanunsuz əməllərə yol verməsinin əsas səbəbi bir sıra vəzifəli məmurlarla yaxın münasibətləri olub. Belə ki, Abdin Fərzəliyev Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınır 

Xaricdəki müxaliflərə maliyyə yardımı

Media üzərindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Avropada Azərbaycan Prezidenti əleyhinə müxalifətin formalaşmasının əsas sponsorlarından biri də Abdin Fərzəliyev olub. Xüsusilə İngiltərədən Azərbaycan hakimiyyətinə qarşı nifrət püskürən Qurban Məmmədovun Nərimanov rayonunda sahib olduğu ev və mülklərinin əldə olunmasında Abdin Fərzəliyev rol oynayıb.

Bu məqamda Abdin Fərzəliyevin Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunan yeganə icra başçısı olduğunu da xatırlatmaqda fayda var. 

Abdin Fərzəliyev istintaqdan necə yayınıb

Abdin Fərzəliyev və onun sağ əli hesab olunan Nurlan Həsənov təxminən bir il əvvəl yol verdikləri qanunsuzluqlara görə istintaqa cəlb edilib. Adı çəkilən hər iki şəxsin istintaqa cəlb olunma səbəbləri isə tikinti sektorunda yol verdikləri yeyinti və maxinasiyalar olduğu qeyd edildi. Onların yol verdikləri nöqsanların və mənimsəmə faktlarının araşdırılmasına başlanıldı. Lakin vəzifədə olduğu müddət ərzində həyata keçirdiyi qanunsuz əməllərinə görə həbs olunacağı düşünülən Abdin Fərzəliyev bu vaxta qədər qəribə şəkildə həbsdən yayına bilib. 

Məlumatlara görə, bunun əsas səbəbi icra başçısının Zeynal Nağdəliyevlə münasibətləri olub. Zeynal Nağdəliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçi, Prezident Administrasiyasının şöbə müdiri olmaqla yanaşı icra başçılarının kurasiyasını da həyata keçirir. Onun bu gücündən istifadə edən Abdin Fərzəliyev həbs olunmasının qarşısını almaq üçün Zeynal Nağdəliyevə külli miqdarda pul verməyə razı olub. Bu yolla həbsdən yaxa qurtarmağı bacaran icra başçısı hələlik istintaqdan da yayınmağa müvəffəq olub.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15