Bazar, 19 May

Axtarış

Təhsil” üzrə 1397 nəticə tapıldı

28.04.2021 - 11:15

Məktəbəhazırlıq və ibtidai sinif şagirdləri üçün tətil günləri AÇIQLANDI

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai sinif şagirdləri 1–5 may tarixləri tətil günləridir. Xəbər verilir ki, bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub. Cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (ə


27.04.2021 - 13:53

İcra başçısı hansı şəraitdə həbs olunub?

Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar. Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçı


27.04.2021 - 13:15

Bu gündən birinci siniflərə şagird qəbulu başlayır

Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. Verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Aprelin 29-dan Azərbaycan bölməsi ü


27.04.2021 - 10:35

Milli Məclis toplanır: MSK-nın yeni tərkibi təsdiqlənəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Verilən məlumata görə, iclasda 8 məsələ müzakirəyə çıxarılacaq. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi. 2. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinın təsdiq edilməsi. 3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi


26.04.2021 - 15:08

Alimpaşa Məmmədovun korrupsiya əməlləri – Təfərrüatlar

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir rayonunda əməliyyat keçirib. Əməliyyat nəticəsində  icra başçısının birinci müavini, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov, o cümlədən İcra başçısı Alimpaşa Məmmədov saxlanılıb. Həbslərin səbəbi kimi isə adı çəkilən şəxslərin vəzifə səlahiyyətlərində


25.04.2021 - 17:55

Yeni Səhiyyə naziri 1-ci sinfə Afrikada gedib - Teymur Musayevlə bağlı MARAQLI FAKTLAR

Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib, dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb. Teymur Musayevevin rəsmi tərcümeyi-halını təqdim edir. Dosyedə maraqlı məqam T.Musayevin ilk dəfə orta məktəbə uzaq Əlcəzair ölkə


24.04.2021 - 11:05

Zeynal Nağdəliyevin milyonları ölkədən bu yolla çıxarılırmış

Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin ailə biznesi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.  Xəbər verilir ki, "Unikal" qəzetinin əldə etdiyi məlumata görə, bu biznesin başında onun övladları – Nemət və Hikmət Nağdəliyevlər dayanır. Rusiyada təhsil alan qardaşlardan Nemət Nağdəliyev daha əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində attaş


22.04.2021 - 18:55

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb. Verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşı


22.04.2021 - 15:17

"Hüseynbala Mirələmova toxunmasalar, itirən özləri olacaq" - Tural Abbaslı

"Bəlkə də onların içərisində elə ən abırlısı Hüseynbala Mirələmovdur. Əgər qanacağı olsa, bundan sonra daha heç bir postda təmsil olunmaz. Fikrimcə, bütün postlardan imtina edib, təqaüdə çıxmalı və xalqdan üzr istəməlidir". Bunu  açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı sabiq deputat, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosu ilə bağlı danışarkə


22.04.2021 - 14:35

Nazir müşaviri ictimai qınaqdan qorxdu – Statusunu sildi

Nəvəsi yaşda qızla qeyri-əxlaqi görüntüləri yayılan eks-deputat Hüseynbala Mirələmovu sosial şəbəkədə müdafiə edən Təhsil Nazirinin müşaviri Elnur Nəsibov ictimai qınaqdan qorxaraq geri addım atmalı olub. Xəbər verilir ki, nazir müşaviri bununla bağlı “Facebook”da yazdığı statusu silib. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələ


21.04.2021 - 18:18

BDU-nun professoru karantin qaydalarını pozdu - Özünə ad günü keçirdi -FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib. Xəbər verilir ki, alim bununla bağlı fotoları “Facebook” hesabında paylaşıb.  Fotolardan görünür ki, İ.Hüseynova ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində “Ən yaxşı elmi rəhbər” yazılmış tort hədiyyə edilib. BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: “Elmi


21.04.2021 - 10:34

Əlillərə və Qarabağ qazilərinə banklar niyə kredit vermir? - AÇIQLAMA

Bir müddət öncə Ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41