Cümə, 17 May

Axtarış

Taliban” üzrə 356 nəticə tapıldı

04.11.2021 - 12:40

“Taliban” liderlərindən biri Kabildə baş verən silahlı atışmada öldürüldü 

Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən güclü partlayış nəticəsində “Taliban” liderlərindən biri olan Həmdullah Mohlis həyatını itirib. Xəbər “Taliban” rəhbərliyində təmsil olunan şəxslər tərəfindən də təsdiq edilib. Məlumatda qeyd olunur ki, Kabildə baş verən partlayışdan sonra Həmdullah Mohlis dərhal hadisə yerinə yollanıb və radikal qruplaşmaların üzvləri ilə atışmada həlak olub. Mənbə əlavə edir


03.11.2021 - 12:02

İŞİD Talibanın məşhur komandirini öldürdü

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri Həmdullah Mohlis öldürülüb. Xəbər verilir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Mohlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir. Qeyd edək ki, Əfqanıstanın paytaxtında yerləşən xəstəxanada partlayış törə


02.11.2021 - 14:53

Kabildə xəstəxana yaxınlığında ard-arda iki partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə xəstəxana yaxınlığında terror aktı törədilib. Verilən məlumata görə, bu barədə Taliban hökumətinin sözçüsü Bilal Kərimi bildirib. Onun sözlərinə görə, birinci partlayış 400 çarpayılıq xəstəxananın qarşısında, ikinci partlayış isə xəstəxananın yaxınlığında baş verib.


31.10.2021 - 10:20

Toyda musiqi dinləyən qonaqlar güllələndi

Hadisə Əfqanıstanın Sorxud şəhərində baş verib. Xəbərə görə, Taliban milisi toyu təftiş edərkən bir neçə nəfərin kənarda musiqi dinlədiyini görüb. Milislərin atəş açması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Faktı əyalətin qubernatoru da təsdiq edib. Qeyd edək ki, Taliban ilk hakimiyyəti dövründə (1996-2001) bütün növ musiqini və kinonu qadağan etmişdi.


29.10.2021 - 10:22

"Taliban" Əfqanıstanda yeni qadağalar tətbiq edib

"Taliban" Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində kişi və qadınlara hotel və restoranlarda birlikdə vaxt keçirməyi, musiqi dinləməyi və siqaret çəkməyi qadağan edib. Xəbər verilir ki, bütün bu qadağalar Əfqanıstanın müvafiq dövlət qurumu ilə razılıq əsasında tətbiq edilib.


27.10.2021 - 10:01

Pentaqon: "İŞİD və "əl-Qaidə" terror aktı törədə bilər"

Pentaqon “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İŞİD və "əl-Qaidə" kimi terror təşkilatlarının terror aktı törədə biləcəyi barədə xəbərdarlıq edib. Xəbər verilir ki, Pentaqon nümayəndələri hücumların Əfqanıstandan kənarda bir yerdə gözlənildiyini deyiblər. Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin bu günlərdə "əl-Qaidə" terror təşkilatının Əfqanıstanda yenidən formalaşması


26.10.2021 - 19:20

Ata körpə qızını 500 dollara satdı

"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra iqtisadiyyatında kəskin pisləşmə müşahidə olunur. Ölkə iqtisadi böhran vəziyyətindədir. BMT və digər beynəlxalq qurumlar təqribən 1 milyon uşağın aclıqdan öləcəyini istisna etməyib.  Xəbər verilir ki, artıq başqa çarələrinin olmadığını, buna məcbur olduqlarını bildirən ailə əlacsızlıqdan körpə qızını 500 dollara (təxminən 850 manata) tanımadığı kişiyə


25.10.2021 - 14:23

Rusiya "Taliban"ı terror təşkilatı siyahısından çıxara bilər - Putinin açıqlaması

""Taliban"ı terror təşkilatları siyamızdan çıxara bilərik". Xəbər verilir ki, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin "Valday" Klubunun toplantısında çıxışı zamanı bildirib. Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Balhi, Putinin açıqlamalarını məmmuniyyətlə qarşıladıqlarını deyib. "Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin idarəçilərimizin adlarının qara siyahıdan çıxarılması ilə bağlı bəyanatlarını alqışlayır. Müharibə bitdiyi üçün


25.10.2021 - 11:39

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub. Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub. Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir. Bir neçə gün əvvəl Əfqanıstan hökumətində informasiya və mə


25.10.2021 - 10:38

Taliban maaşları buğda ilə ödəyəcək

Taliban hakimiyyəti Əfqanıstanda yeni iş yerləri ilə bağlı layihə çərçivəsində işləyəcək şəxslərə maaşı buğda ilə ödəyəcək. Xəbər verilir ki, buna səbəb kimi ölkədə yaşanan iqtisadi böhran göstərilir. Bildirilir ki, 40 min insana iş yerləri açılacaq. Fəhlələrə 10, ixtisaslı şəxslərə isə günlük 16,5 kq buğda veriləcək. Əfqanıstanın İnkişaf Agentliyinin rəhbər köməkçisi


24.10.2021 - 21:37

Əfqanıstanda qanlı döyüşlər gedir

Əfqanıstanın Herat şəhərində qanlı döyüşlər gedir. “Taliban” qüvvələrinə qarşı toqquşmalarda məhz hansı silahlı dəstələrin iştirak etdiyi bildirilmir. Döyüşlərdə hər iki tərəfdən ağır silahlardan istifadə edildiyi vurğulanır. Ölən və yaralananalar barədə heç bir məlumat verilmir.


22.10.2021 - 18:53

Taliban Əfqanıstanın qadın voleybol komandasının üzvünü edam etdi - FOTO

Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qadın voleybol komandasının üzvü Mahasabid Hakimi edam edib. Bildirilir ki, qızın öldürülməsi oktyabrın əvvəlində məlum olsa da, hadisə gizli saxlanılıb. Hakiminin ailəsi də təhdid aldıqları üçün susmaq məcburiyyətində qalıb. Beynəlxalq Voleybol Federasiyası (FIVB) vəziyyətlə bağlı təcili yoxlamalara başlanıldığını bildirib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58