Bazar, 19 May

İŞİD Talibanın məşhur komandirini öldürdü

image

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri Həmdullah Mohlis öldürülüb.

Xəbər verilir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Mohlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir.

Qeyd edək ki, Əfqanıstanın paytaxtında yerləşən xəstəxanada partlayış törədilib. Partlayışdan sonra Talibanla toqquşmalar başlayıb. Hücum nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.

Kabildə xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41