Bazar, 19 May

Axtarış

Sumqayıt” üzrə 540 nəticə tapıldı

22.01.2022 - 16:44

Bakıda maşın qaçıran şəxs hava limanında saxlanıldı

Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb. Bakıda avtomobil qaçıran şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Dərhal


18.01.2022 - 10:43

Eldəniz Səlimov hökmdən narazı qalıb

Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib. Xəbərə görə, apellyasiya şikayəti yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub. Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə


09.01.2022 - 16:07

Bu şəxslərə 300 manat kirayə pulu veriləcək

Sumqayıt şəhəri 4 saylı xəstəxandakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq. Xəbər verilir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar. Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel


07.01.2022 - 11:04

Pensiyalar bu tarixdə ödəniləcək

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.  Bu barədə Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfo”ya bildirilib. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay qrafik üzrə ödəniləcək.


06.01.2022 - 14:48

3 tondan artıq dondurma məhv edildi

AZ FP CO LTD MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442.50 kq müxtəlif növ dondurma məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Bu barədə Agentlikdən məlumat verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tə


27.12.2021 - 17:46

Eldəniz Səlimova hökm oxundu - 3 il 6 ay

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam etdirilib. Əldə etdiyimiz məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub.  Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidmə


27.12.2021 - 12:23

“Gender bərabərliyini təbii axara buraxmaq lazımdır” - Siyavuş Novruzov

"Gender problemi təkcə Azərbaycanda deyil, dünyada ən aktual problemlərdən biridir. Buna yanaşmalar da fərqlidir. Hesab edirəm ki, inzibati tədbirlər formasındansa, təbii yolla seçim daha məqsədəuyğundur”. Xəbər verilir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, indi belə şərt qoyulur ki, icra başçısının müavinlərindən biri xanım olsun: “Bəlkə elə rayon olacaq ki, icra başçısı


25.12.2021 - 14:35

“Sığorta bizə dəyən zərərin yalnız 50 faizini ödəyir” -FOTOLAR

“Bu il sentyabrın 2-də H.Z.Tağıyev qəsəbəsində oğlum Telman Tahirli idarə etdiyi avtomobillə qəzaya düşüb. Onun idarə etdiyi 99 TG 881 nömrəli avtomobil 99 DB 337 dövlət nömrə nişanlı maşınla vurulub. Nəticədə avtomobilimizə 2507 AZN ziyan dəyib. Hadisədən 3 aydan çox vaxt keçsə də, hələ “Azərsığorta” şirkətindən sığorta ödənişini ala bilməmişik”.  Bu iddia ilə sürücünün atası Rasim Tahirli müraciə


21.12.2021 - 11:25

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı vəfat edib. Xəbər verilir ki, bu barədə onun həmkarları məlumat yayıb. Məlumata görə, o, bu gün 59 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.


20.12.2021 - 14:11

Təhsil Nazirliyində yeni idarələr yaradıldı - Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Xəbər verilir ki, Sərəncama əsasən, 1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası


17.12.2021 - 19:19

"Azərxalça" İŞİ": "Fəhlə adamam, nə deyiblər onu da etmişəm..." - İFADƏ

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs olunduqdan bir müddət sonra ev dustaqlığında olduğu zaman vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xəbərə görə, prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Araz Əliyev ifadə verib. O, ifadəsində mərhum V.Muradovu şəxsən tanımadığını, yalnız telefonla danışdığını deyib. Fəhlə işlədiyini söyləyən A.Əliyev İrandan gə


16.12.2021 - 15:44

Yarım milyon ödənilən şirkətin sahibi QARA FƏHLƏ ÇIXDI - "Əgər yalan danışsam, Allah mənim bəlamı versin..."

"Azərxalça" ASC-nin elan etdiyi və xalça toxumaq üçün ipin alınmasını nəzərdə tutan tenderin qalibi, 457 min manat büdcə vəsaitinin köçürüldüyü şirkət əslində günəmuzd fəhləliklə dolanan işsiz Bakı sakininin adına açılıbmış.Xəbər verilir ki, bu fakt “Azərxalça” ASC-nin 2021-ci ilin yanvarında həbs olunan, ev dustaqlığına buraxılandan bir neçə gün sonra – noyabrın 5-də vəfat edən sabiq sədri Vidadi Muradovun


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41