Şənbə, 27 Aprel

Axtarış

Stoltenberq” üzrə 128 nəticə tapıldı

24.10.2023 - 17:10

Stoltenberq: İsveç tezliklə NATO üzvü olmalıdır

İsveç yaxın gələcəkdə NATO-ya daxil olmalıdır. Xəbər verilir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O bu məsələnin Türkiyə parlamentində tezliklə ratifikasiya olunacağına ümid etdiyini bildirib. Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa daxil olmasını təsdiq edən sənədlər paketini parlamentə təqdim edib. Əvvəllər Ankara Stokholmun yerinə yetirmədiyi şərtlərə işarə edərək, ratifikasiya etməyə tə


28.09.2023 - 20:12

Stoltenberq gözlənilmədən Kiyevə getdi

NATO-nun Baş katibi Yens Stoltenberq elan olunmamış səfərlə Kiyevə gedib. Xəbər verilir ki bu barədə “Ukrinform” məlumat yayıb. Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş əsnasında əsas müdafiə məsələləri, cəbhədəki vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları müzakirə olunub.


22.07.2023 - 21:00

Zelenski Stoltenberqlə Ukraynanın NATO-ya inteqrasiyasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub, tərəflər Kiyevin alyansa inteqrasiyası üçün gələcək addımları müzakirə ediblər. Xəbər verilir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna liderinin teleqram kanalına istinadən məlumat yayıb. "Biz alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların icrasını, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, - məlumatda


11.07.2023 - 18:26

NATO şərq cinahda 300 min hərbçi yerləşdirmə planını təsdiqlədi

NATO liderləri şərq cinahda 300 min əsgər yerləşdirmək və müdafiə alışını əhəmiyyətli dərəcədə genişləndirmək planını təsdiqləyiblər. Xəbər verilir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.


10.07.2023 - 11:22

Fransa NATO-nun bu addımına imkan vermir

NATO Tokioda filialının yaradılmasını payıza və ya daha gec vaxta təxirə sala bilər. Xəbər verilir ki, bu barədə “Nikkei” mənbələrə istinadən məlumat yayıb. “Buna səbəb bu ideyaya qarşı çıxan Fransanın mövqeyidir, ona görə də qərar üçün zəruri olan bütün NATO üzvlərinin yekdil razılığı çox çətin görünür. Sabah NATO-nun Vilnüsdə başlayacaq sammitində qərarların qəbul ediləcə


08.07.2023 - 09:27

NATO ölkələri Stoltenberqə xəbərdarlıq etdi: “Təhlükə var”

Polşa, Litva və Latviya Rusiyanın təcavüzkar hərəkətlərinin yaratdığı təhlükə və Belarusda yaranan vəziyyətlə əlaqədar NATO Baş katibi Yens Stoltenberqə müraciət edib. Polşa, Litva və Latviya prezidentləri adından məktub təkcə baş katibə deyil, həm də Alyansa üzv olan digər ölkələrin rəhbərlərinə də göndərilib. “Rusiya ilə Belarus arasında əməkdaşlıq regionun və bütün Avro-Atlantik məkanın tə


05.07.2023 - 14:16

Ərdoğan: “Çətin sınaqlarla qarşı-qarşıyayıq”

“Çətin sınaqlarla qarşı-qarşıyayıq”. Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O vəzifəsinin daha 1 il uzadılması münasibətilə NATO-nun Baş katibi Yens Stoltenberqi təbrik edib: “Təhlükəsizliyin gücləndirilməsinəı çox ehtiyac var. Belə bir vaxtda cənab Stoltenberqin ittifaqımıza və qlobal sülhə töhfə verəcəyinə inanıram”. Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrı


26.06.2023 - 17:35

Putin bizi nüvə silahı ilə qorxuda bilməyəcək - Stoltenberq 

"Həftə sonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".  Xəbər verilir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb.  "Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində


19.06.2023 - 21:43

Dünya ÇALXALANIR - “Biz buna hazır olmalıyıq!”

“Biz Rusiyanın təcavüzkar müharibəsinin uzun zaman ala biləcəyinə hazır olmalıyıq. Biz buna hazırlaşırıq və siyasətimizi buna uyğunlaşdırırıq”.  Xəbər verilir ki, bu barədə Almaniya kansleri Olaf Şolts NATO baş katibi Yens Stoltenberqlə mətbuata birgə bəyanatı zamanı bildirib. Onun sözlərinə görə, Almaniya lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək. “Aydındır ki, NATO bu


19.06.2023 - 20:30

Almaniyanın 17 min əsgəri NATO-nun Çevik Reaksiya Qüvvələri üçün hazır vəziyyətdədir

NATO bizim kollektiv təhlükəsizliyimizin əsas zəmanətçisi olaraq qalır. Xəbər verilir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts NATO Baş katibi Yens Stoltenberqlə mətbuata birgə bəyanatı zamanı bildirib. O deyib ki Almaniya NATO-ya öz töhfəsini verir, Polşada, Baltik regionunda Almaniya hərbi qüvvələri xidmət edir, eyni zamanda, ölkəsi bu regiona “Patriot” sistemlərini yerləşdirib. “Bizim 17 min əsgərimiz NATO-nun Çevik Reaksiya Qüvvələri üçün hazır vəziyyə


18.06.2023 - 16:29

NATO Ukraynaya uzunmüddətli yardım paketi ayıracaq

NATO Vilnüsdə keçiriləcək yay sammitində Ukraynaya uzunmüddətli yardım paketini qəbul edəcək. Paket Ukraynanı Şimali Atlantika Alyansının standartlarına uyğunlaşdırmaq üçün nəzərdə tutulub. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO bir neçə il ərzində Ukraynanı NATO standartlarına çatdırmaq üçün nəzərdə tutulmuş yardım paketini qəbul edəcək. Stoltenberqin fikrincə, bu, Ukraynanı Alyansa yaxınlaşdıracaq. “Ukraynanın gə


16.06.2023 - 19:35

Niderland və Danimarka ukraynalı pilotlar üçün təlim keçəcək

Niderland və Danimarka ukraynalı pilotlar üçün təlim keçəcək. Xəbər verilir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə NATO müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, təlimlər yaxın vaxtlarda başlayacaq.


Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36