Bazar, 19 May

Axtarış

Rəssam” üzrə 40 nəticə tapıldı

20.12.2022 - 15:50

Prezidentdən Ömər Eldarovla bağlı - Sərəncam

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovla bağlı Sərəncam imzalayıb. Xəbər verilir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah Ö. Eldarovun 95 yaşı tamam olur. 


17.12.2022 - 19:14

Qızı Mələkxanım Eyyubovanı sevindirdi - FOTO

Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova ABŞ-da diplom alıb. Xəbər verilir ki, bu barədə xanəndə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, qızının rəsm əsərləri Amerikada sərgidə nümayiş olunub: "Gözəl qızım Nəzrin, Mayamidə keçirilən Azərbaycanlı gənc rəssamların sərgisində 4 ədəd əl işi ilə iştirak edib. Sertifikatla təltif


15.11.2022 - 18:02

Lavrovun bu fotosu Qərbin diqqətini ÇƏKDİ

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə çəkilmiş fotosu gündəm olub. Xəbər verilir ki, hər fürsətdə ABŞ əleyhinə açıqlamalar verən Lavrovun fotosu beynəlxalq ictimaiyyətin diqqətini çəkib.   Belə ki, mehmanxana otağının eyvanında poza verən Lavrovun paltarlarını araşdıran Qərb mediası və sosial şəbəkə istifadəçiləri rusiyalı məmuru ələ salıblar. Almaniyanın ən çox oxunan


22.09.2022 - 19:20

Pikedən ayrılan Şakiradan ilk AÇIQLAMA: "Bu münasibətə sahib olduğum hər şeyi qoymuşam"

"Ya Pike "Barselona" ilə müqaviləsini dayandırıb mənimlə, mənim karyeramın olduğu ABŞ-a köçəcək, ya da mən əksini etməli olacaqdım. İki tərəfdən biri bu fədakarlığı etməli idi. Mən bunu etdim. Karyeramı ikinci plana qoydum. Futbol oynaması, titullar qazanması və ona dəstək olmaq üçün İspaniyaya gəldim".  Xəbər verilir ki, bunu dünyaca məşhur müğənni Şakira keçmiş futbolçu sevgilisi Jerar Pikedən ayrılandan sonra


11.09.2022 - 17:52

Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: “İstedad həm də imtina məqamıdır” - FOTO

Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olur. Bu, dünyada da belədir. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatları ilə vidalaşıblar. Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur. Müasir yazarlarımızın spirtli içkilərə meyilli olduqları sosial şəbəkə paylaşımlarında müşahidə olunur. Belə fikir səsləndirirlər ki, insan


16.08.2022 - 18:20

Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğu

Azərbaycanda təhsil alan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqda təqsirləndirilən Pakistan vətəndaşı Mustafa Ghulamın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Tələbə kimi Bakıya pənah gətirən pakistanlı gəncin hansı üsulla oğurluq etməsi ictimaiyyətə qaranlıq qalıb. Xəmin cinayət işi üzrə materialları təqdim edir. İttihama görə, Mustafa Ghulam Pakistan vətəndaşı olan qrupun digə


07.08.2022 - 14:48

Uşaq musiqi məktəblərinə MİQ üzrə test imtahanı KEÇİRİLİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1992 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının


07.08.2022 - 12:14

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

Bakıda xarici ölkə vətəndaşlarının bank kartlarından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Pakistan vətəndaşı, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Mustafa Ghulama hökm oxunub. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü M.Ghulam Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.


01.04.2022 - 15:20

Ukraynanın “simvol”u 100 min dollara satıldı - FOTO

Amerikalı rəssam Jenya Gerşmanın Xarkovda Anadolu Agentliyinin (AA) fotomüxbiri Volfqanq Şvonın kadra aldığı fotoşəkildən ilhamlanaraq çəkdiyi tablo 100 min dollara satılıb. Xəbər verilir ki, hərrac “Heritage Auction”da baş tutub. “Münaqişənin ən çox əziyyət çəkənləri mülki şəxslərdir. Müharibə iştirakçı olmayan insanların əzabını işıqlandırmaq isə hər şeydən önəmlidir. Bu bizə dəhşət yaşayan mülki əhalinin iztirablarını görməyə kö


30.03.2022 - 19:23

Azərbaycanın Əməkdar rəssamı həbs edildi

Azərbaycanın Əməkdar rəssamı həbs edilib. Bu barədə vəkil Adəm Məmmədov məlumat verilib. O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə


21.01.2022 - 20:50

Kosmosda ilk əyləncə kinostudiyası işə salınacaq

Hollivud aktyoru Tom Kruzun filminin istehsalı ilə məşğul olan “Speys İnterteyment” orbitdə kinostudiya yaratmaq üçün “Aksimo” şirkətilə müqavilə imzalayıb. Xəbər verilir ki, burada təkcə kinostudiya deyil, həm də idman zalı tikiləcək. İşçilər mikroqravitasiyada məzmun yaratmaq istəyən rəssamlar, prodüserlər və kreativ insanlar üçün nəzərdə tutulmuş ayrıca SEE-1 modulunda yerləşəcəklər. SEE-1 bəşəriyyət üçün başqa reallığa keçmək və kosmosda yeni səhifəyə baş


11.01.2022 - 09:21

88 dollara aldığı tablo on minlərlə dollarlıq əsər çıxdı - FOTO

Londonda bir sənət tarixçisi Kristofer Raytın 88 dollara (təqribən 150 manat) aldığı əsərin 17-ci əsrin orijinalı olduğu ortaya çıxıb. Məlum olub ki, tablo məşhur Flamand rəssamı Entoni van Deykin şah əsəridir və azı 54 min dollar (91 800 manat) dəyərindədir. Rayt kətanın Van Deykin rəsminin surəti olduğunu düşünübmüş. O, rəsmi ikinci rəy üçün Oksforddakı Aşmola Muzeyinin Avropa incəsənəti üzrə baş kuratoru Kolin Harrisona aparıb.  O


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41