Şənbə, 18 May

Axtarış

Niderland” üzrə 124 nəticə tapıldı

28.08.2023 - 11:17

“Formula 1”də tarixi rekord qeydə alınıb

“Formula 1” üzrə dünya çempionatının Niderland Qran-prisində tarixi rekord qeydə alınıb. Xəbər verilir ki, pilotlar ümumilikdə 89 dəfə pit-stopa getməklə bunu reallaşdırıblar. Beləliklə, 2011-ci ildə yarışın Macarıstan mərhələsindəki 88 pit-stopluq rekord yenilənib. Qeyd edək ki, Niderland Qran-prisinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub


21.08.2023 - 10:43

Ukraynaya F-16-lar verilir

Hollandiya və Danimarka Ukraynaya F-16 verməyə hazır olduqlarını deyiblər. Hollandiyanın baş naziri Mark Rutte bunu bazar günü Volodimir Zelensky-nin onun ölkəsinə səfəri zamanı deyib. Rutte deyib ki, Hollandiyanın ümumilikdə 42 F-16-ı var, amma indidən bunların hamısının ianə şəklində veriləcəyini demək tezdir: "Bu gün biz onu demək istəyirik ki, Niderland və Danimarka F-16 ları Ukraynaya və Ukrayna Hərbi Hava Qüvvələrinə transfer etməyə hazırdır".


15.08.2023 - 13:31

Niderland və Danimarka Rusiyaya görə "F-16"ları QALDIRDI

Niderland Hərbi Hava Qüvvələri (HHQ) iki Rusiya bombardmançısının ölkənin hava məkanına yaxınlaşdığını elan edib. Xəbər verilir ki, qırıcıların qarşısını almaq üçün Niderland və Danimarka “F-16″lardan istifadə edib. Qeyd olunub ki, Rusiya təyyarələri Şimal dənizi üzərində NATO hava məkanını pozmazdan əvvəl geri qayıdıb. Niderland Hərbi Hava Qüvvələrinin hesabatında qeyd olunub ki, Rusiya təyyarə


09.08.2023 - 21:18

ABŞ BƏƏ-yə "F-35"lərin tədarükünü təxirə saldı - SƏBƏB

ABŞ Prezidenti Co Bayden administrasiyası gizli texnologiyaların Çinə ötürülməsi riski yüksək olduğu üçün BƏƏ-yə “F-35″lərin satışı ilə bağlı danışıqları daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib. Xəbər verilir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb. Qeyd edək ki, 50-yə qədər “F-35” qırıcısının satışı üzrə danışıqlar Donald Trampın prezidentliyi illərində ABŞ tərəfində


20.07.2023 - 09:17

Azərbaycanda “WhatsApp”ın işində yaranan problemlər aradan qalxdı

Azərbaycanda vatsap tətbiqinin işində yaranan problem qismən aradan qalxıb. Xəbər verilir ki, tətbiqin ölkəmizdəki işində nöqsanlar qismən azalıb. Lakin bu, heç də bütün ölkələrə aid deyil. Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Tətbiqin fəaliyyətində problemlər müşahidə edilirdi. Öz növbəsində dü


16.06.2023 - 19:35

Niderland və Danimarka ukraynalı pilotlar üçün təlim keçəcək

Niderland və Danimarka ukraynalı pilotlar üçün təlim keçəcək. Xəbər verilir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə NATO müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, təlimlər yaxın vaxtlarda başlayacaq.


27.05.2023 - 13:34

Niderland Ukraynaya “F 16” qırıcıları verir? - Baş nazir açıqladı

“Ukraynaya “F 16” qırıcılarının tədarükü ilə bağlı qərar hələ verilməyib, lakin Niderland bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir”.  Xəbər verilir ki, bu barədə cümə günü Niderlandın Baş naziri Mark Rutte mətbuat konfransında bildirib.  Bundan əvvəl Niderland ukraynalı pilotlara “F 16” qırıcılarını idarə etmək üçün tez bir zamanda təlim keçməyə başlamaq istədiklərini bildirmişdi. Proqram tərəfdaş


17.05.2023 - 13:53

“Barselona”da Kroyfu kimin əvəzləyəcəyi məlum oldu

“Barselona”nın idman direktoru Yordi Kroyf Kataloniya klubunu tərk edib. Niderlandlı mütəxəssisi bu postda kimin əvəzləyəcəyi də bəllidir. Komandanın sabiq futbolçusu Deku yeni idman direktoru olacaq. O, postunu tərk edəcəyi açıqlanan futbol direktoru Mateu Alemaninin vəzifəsini də icra edəcək. Deku 2004-2008-ci illərdə “Barsa” formasını geyinib.


16.05.2023 - 21:36

Belçikada itkin düşən azərbaycanlının yeri müəyyən edildi

Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib. Xəbər verilir ki, bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan


10.05.2023 - 11:28

Azərbaycan “Avroviziya"da finala çıxa bilmədi - YENİLƏNİB

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsinə yekun vurulub. Xəbər verilir ki, səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib. Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib. Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i keçiriləcək. Final mərhələsi isə mayın 13-də keçiriləcək. ***00:18 “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində Azərbaycan


02.05.2023 - 09:00

Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb

Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına verilmiş saxta Ukrayna sürücülük vəsiqəsinə malik sərxoş sürücü həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sadə yoxlama üçün sürücünü saxlasalar da, kişinin sərxoş vəziyyətdə olduğunu anlayıblar. Avtomobilə baxış zamanı saxta sürücülük vəsiqəsi aşkar edilib. Sənəddə Britaniyanın keçmiş baş


25.04.2023 - 17:41

Bakıda kirayə axtaranlara PİS XƏBƏR - Bu ərazilərdə…

Aprelin 28-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayacaq. Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb. Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən “Formula-1” yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb. “Kirayə qiymətlərinin bahalaşması müvəqqə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41