Bazar ertəsi, 29 Aprel

Azərbaycanda “WhatsApp”ın işində yaranan problemlər aradan qalxdı

image

Azərbaycanda vatsap tətbiqinin işində yaranan problem qismən aradan qalxıb.

Xəbər verilir ki, tətbiqin ölkəmizdəki işində nöqsanlar qismən azalıb. Lakin bu, heç də bütün ölkələrə aid deyil.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Tətbiqin fəaliyyətində problemlər müşahidə edilirdi.

Öz növbəsində dünyanın məşhur sosial şəbəkələrini, messencer tətbiqlərinin fəaliyyətini izləyən “Downdetector” xidməti də vatsap messencer tətbiqinin fəaliyyətində problemlərin yarandığını bildirib.

ABŞ, Rumıniya, Qətər, Meksika, Kanada, Belçika, Salvador, İsveçrə, İtaliya, İsveç, Niderland, İspaniya, Almaniya və digər ölkələrdən olan istifadəçilər messencer tətbiqinin fəaliyyətindən şikayət ediblər.

Qeyd edək ki, vatsap messencer tətbiqi 2009-cu ildə ABŞ-də yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı “Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42