Şənbə, 18 May

Axtarış

Mehdiyev” üzrə 264 nəticə tapıldı

16.05.2024 - 09:04

“Ramiz Mehdiyevin kürəkəni özünü qanunlardan üstün bilir” 

Mayın 15-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin cavabdeh, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vəkili qəfil xəstələnib və prosesin keçirilməsi növbəti dəfə əngəllənib.  İddiaçı Mansur İbrahimov deyir ki, qarşı tərəf bütün gücünü prosesin maksimum uzanmasına səfərbər edib. Mansur İbrahimovun sö


13.05.2024 - 16:20

Müdafiə Nazirliyi məlumat yaydı: Bu gündən 30 yaşadək olan şəxslər...

Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifə


22.04.2024 - 09:22

Göyçayda maşın iki piyadanı vurub

Goyçayda yol-nəqliyyat hadisəsi olub. Xəbər verilir ki, hadisə zamanı "Mercedes-Benz" markalı avtomobil iki piyadanı vurub. Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


15.04.2024 - 18:34

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

“Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib. Əvvəlki yazılarımızda ittihamın mahiyyəti ilə bağlı məlumat yaymışdıq.  Bu gün prokuror cinayət əməli haqda istintaq materiallarında


12.03.2024 - 12:35

“Formula-1”ə ayrılan pulları mənimsədi: Milyonluq əmlakına həbs qoyuldu

2015-2020-ci illərdə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.


06.03.2024 - 11:01

Mehdiyev şirkət qurdu, sabir rəis direktor oldu

Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib. Xəbər verilir ki, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub. Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə


04.03.2024 - 09:19

Ramiz Mehdiyev səhhətinin ağırlaşmasından danışdı

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.  Xəbər verilir ki, Ramiz Mehdiyev Unikal.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirib.  “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki


08.02.2024 - 16:21

Mehdiyevin dövründən başlayan qalmaqal - Nazir işdən çıxardı, məhkəmə əmri ləğv etdi

Texnika elmləri doktoru, dosent Yasin Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad edilib. Xəbər verirlir ki, onun hansı səbəbdən vəzifəsindən azad edildiyi bəlli deyil. Məlum olan odur ki, dosent bu qərardan narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yasin Rüstəmov Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə yanaşı Elm və Təhsil


04.02.2024 - 11:46

İtkin düşən Adilənin meyiti tapıldı - FOTOLAR

Ötən il Polşada itkin düşmüş azərbaycanlının meyiti tapılıb. Xəbər verilir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Meyit Vroslavda, hərbi hissənin yaxınlığındakı Oder çayında aşkarlanıb. Rutkovski Əməliyyat Bürosu onun ötən ilin 17 dekabr tarixində yoxa çıxmış Adilə Mehdiyeva olduğunu təsdiqləyib. 28 yaşlı qadınla birlikdə itkin düşən 2 aylıq körpəsi hələ tapılmayıb. Bu barədə artıq


30.01.2024 - 18:04

“Faizlə pul verən şəbəkənin üzvləri məni ölüm həddinə çatdırmışdılar” - FOTO

Yasamal rayon sakini Banuçiçək Abdullazadə təhdid edildiyini və anası ilə birgə yaşadığı mənzilin qeyri-qanuni şəkildə əllərindən alınmağa çalışıldığını bildirir.  B.Abdullazadə 2021-ci ildə COVID-19-dan vəfat edən atasının sonradan borclarının üzə çıxdığını bildirib. O, borc verən şəxslərin daha sonra onu İçərişəhərdə anası ilə birgə yaşadığı evi satmağa məcbur etdiyini, müxtəlif vasitələrlə təhdid olunduğunu iddia edir: “Anam yataq xəstə


16.01.2024 - 10:33

Sülh müqaviləsinin mətni belə olacaq – Detallar açıqlandı

Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına “isti” yanaşmır. Ermənistanın baş naziri Azərbaycanın İranla razılaşaraq dəhlizi oradan açmasını iddia edir. Ona görə də, erməni tərəfi ilə bu məsələlərin yaxın müddətdə həlli heç də gözlənilən deyil. Xəbər verilir ki, bunu politoloq


07.12.2023 - 11:52

Bakıda FACİƏ: Gənc qız hamamda öldü

Bakıda gənc qız qazdan zəhərlənib. Xəbər verilir ki, hadisə Yasamal rayonu Ümüd Əkbərov küçəsində baş verib. 27 yaşlı Mehdiyeva Gülşən Dəniyar qızı kirayə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41