Bazar, 19 May

Axtarış

Kür” üzrə 1786 nəticə tapıldı

13.04.2024 - 15:48

Ağdamda mina partladı - Yaralılar var

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Xəbər verilir ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, hadisə bu gün


13.04.2024 - 15:19

Bu şəxslərin ailəsinə hər ay 200 manat ödəniləcək

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Kollecinə 2024-2025-ci tədris ili üçün qəbul olunan bütün tələbələrin ailəsinə 200 manat maddi yardım ödəniləcək. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərbi Kolleci peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi


11.04.2024 - 20:14

Keşlədə tanışını bıçaqla öldürən şəxs saxlanıldı

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun nö


08.04.2024 - 18:54

Əhməd barədə ekspertiza rəyi məlum oldu

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. Xəbər verilir ki, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Həmin rəy istintaq orqanına təqdim edilib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılı


03.04.2024 - 18:50

“Real Madrid” qərar verdi: Klubdan gedəcək ilk oyunçu kim olacaq? - FOTO

İspaniyanın “Real Madrid” klubunda bu mövsüm ilk olaraq hansı oyunçunun gedəcəyi məlum olub. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat verib. Fabrizio Romanonun məlumatına görə, qapıçı Tibo Kurtua zədələndikdən sonra icarəyə götürülən Kepa Arrizabalaqa gələn mövsüm “Çelsi”yə dönəcək. “Real Madrid” rəhbərliyi ispaniyalı qapıçının oyunundan razı qalmadığı üçün onunla yollarını ayırmaq qərarına gə


03.04.2024 - 17:30

“Rolex” saatları başına bəla oldu – 6 naziri istefa verdi

Peruda Prezident Dina Boluarteyə qarşı aparılan korrupsiya istintaqından sonra 6 nazir istefa verməli olub. Xəbər verilir ki, daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 perulu nazir tutduqları vəzifələrindən istefa veriblər. Torres jurnalistlərə açıqlamasında istefasının ailə problemi ilə bağlı olduğunu deyib. Digər nazirlər isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Xatırladaq ki, Peru polisi korrupsiya istintaqı çə


02.04.2024 - 13:52

Eks-nazir və şöbə rəisinin məhkəməsi başladı

Naxçıvanın sabiq maliyyə naziri Rafel Əliyev və Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun məhkəməsi başlayıb. Məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib. Təqsirləndirilən şəxslərin əvvəlki vəkilləri məhkəməyə gəlmədiklərinə görə onlara dö


01.04.2024 - 18:25

Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

“Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ


01.04.2024 - 15:12

Azərbaycanda III kurs tələbəsi qızılcadan vəfat etdi 

Azərbaycanda tələbə vəfat edib.  Xəbər verilir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.  Bildirilib ki, akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin "Məşqçilik" ixtisasının III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan dünyasının dəyişib. 


01.04.2024 - 09:29

Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlının qatili GÖRÜN KİM İMİŞ

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xəbər verilir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb. Məlumata əsasən, martın 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayı


31.03.2024 - 19:01

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikin yüksəkdozalı istifadəsindən ölüb - YENİLƏNİB

Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir. Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş


31.03.2024 - 17:40

Türkiyədə zəlzələ olub 

Türkiyənin kurort zonası Antalyada 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb. Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41