Cümə axşamı, 02 May

“Rolex” saatları başına bəla oldu – 6 naziri istefa verdi

image

Peruda Prezident Dina Boluarteyə qarşı aparılan korrupsiya istintaqından sonra 6 nazir istefa verməli olub.

Xəbər verilir ki, daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 perulu nazir tutduqları vəzifələrindən istefa veriblər.

Torres jurnalistlərə açıqlamasında istefasının ailə problemi ilə bağlı olduğunu deyib. Digər nazirlər isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, Peru polisi korrupsiya istintaqı çərçivəsində martın 31-də Dina Boluartenin evinə basqın edib. Onun evində çoxlu sayda “Rolex” markalı bahalı saatlar aşkarlanıb. Hazırda “Rolexgate” adlı korrupsiya araşdırması çərçivəsində prokurorluq Boluartenin qeyri-qanuni yolla zənginləşməsi ilə bağlı iddiaları araşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15